“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevin Qol.Az saytına müsahibsi
- Sabah doğma meydanda “Neftçi” ilə çətin oyuna çıxacaqsınız. Prinsipial qarşılaşma barədə nə deyə bilərsiniz?
- “Kəpəz” – “Neftçi” oyunu hər zaman gərgin və maraqlı idman mübarizəsində keçib. Bilirsiniz ki, “Neftçi” son çempiondur. Çempionatda çıxış edən 2-3 güclü komandadanan biridir. Hər sahədə - istər maliyyə, istərsə də heyət baxımından bizdən öndədilər. Buna baxmayaraq, “Kəpəz” sabah ancaq qələbə üçün meydana çıxacaq. İnanırıq ki, qalib gələcəyik.
- Vacib oyunöncəsi heyətlə bağlı nə kimi problemləriniz var?
- Heyətdə elə də ciddi itkimiz yoxdur. Sadəcə Şahin Kərimov aktivində 4 sarı vərəqə olduğu üçün oynaya bilməyəcək. Bir də Elşən Poladovun zədəsi var. Yerdə qalan futbolçuların hamısı normal vəziyyətdədir.
- Azərbaycan futbolunda “Kəpəz” – “Neftçi” oyunu hər zaman diqqət mərkəzində olub və derbi matçı hesab olunub. Amma son vaxtlar “Kəpəz”in əvvəlki əzəmətini itirməsi bu görüşün prinsipiallığını bir qədər azaldıb. Hazırda isə “Xəzər Lənkəran” və “Neftçi” arasında “Böyük oyun” daha çox ön plana çıxır. Sizcə, hansı oyun daha çox derbi xarakteri daşıyır?
- Əlbəttə ki, “Neftçi” – “Kəpəz” derbisi daha əzəmətli səslənir. Ona görə ki, bu, müstəqillik vaxtı Azərbaycan futbolunun ilk derbisi olub. Bu iki komandanın görüşü hər zaman maraqlı və gərgin olub. Ancaq bu gün Azərbaycanda “Neftçi” və “Xəzər Lənkəran” lider olduğu üçün bu iki komandanın qarşılaşmasına derbi adı veriblər. Əgər bizim də bu klublar kimi maliyyə dəstəyimiz olsaydı, sabah daha gözəl prinsipial oyunun şahidi olardıq. Görüş daha əzəmətli olardı. Bu komandalar ürəkləri istəyən futbolçunu alırlar. Sağ olsun, Xanlar müəllim də imkanları daxilində əlindən gələni edir ki, bizim heç bir çətinliyimiz olmasın və Gəncədə futbol inkişaf eləsin.
- Yəni siz deyirsiniz ki, hansı klubların pulu varsa, onların oyunu derbi sayılır.
- Derbi həmişə “Neftçi” – “Kəpəz” oyunu olub. Ancaq bugün vəziyyət bir qədər fərqlidir. Məsələn, Abramoviç gələnə qədər “Çelsi”nin elə də ciddi uğuru yox idi. Amma indi İngiltərədə “Mançester Yunayted” – “Çelsi” görüşü derbi adlanır. Azərbaycanda da belədir. “Neftçi” və “Xəzər Lənkəran” klubları lider olduqları üçün onların duelinə maraq daha böyükdür. Ona görə də bu gün bu oyunu derbi kimi qiymətləndirirlər.
- Özünüz də dediniz ki, sabah son çempiona qarşı oynayacaqsınız. Futbolçuları qarşıdakı matça nə dərəcədə kökləyə bilmisiniz?
- Bacardığım qədər futbolçularımızı sabahkı görüşə kökləməyə çalışıram. Əlimdən gələni edirəm ki, sabah qələbə qazanaq. Həm rəhbərlik, həm də futbolçular bilirlər ki, bu oyunda qalib gəlmək nə deməkdir.
- “Neftçi” – “Kəpəz” oyunu hər zaman prinsipiallığı ilə yanaşı, müxtəlif söz-söhbətləri ilə də fərqlənib. İndi də belə bir xəbər dolaşır ki, “Kəpəz” “Neftçi”yə xal verəcək. Sizin bu cür söz-söhbətlərə münasibətiniz necədir?
- Bu sözü bu gün mənə bir nəfər də deyib. Bunlar boş söhbətlərdir. Nəyə görə “Kəpəz” “Neftçi”yə xal verməlidi. Mehman Allahverdiyev olan yerdə belə söhbət gedə bilməz.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?