Premyer Liqanın X turunda "İnter" və "Qəbələ" komandaları üz-üzə gələcək. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu komandalar indiyə kimi 14 dəfə qarşılaşıblar.
12 dəfə çempionat, 2 dəfə kubok oyunları çərçivəsində qarşılaşan komandaların görüşündə “İnter” böyük üstünlüyə malikdir-8 qələbə. Bu görüşlərdən cəmi ikisində isə “Qəbələ” qalib gəlib.
Qalan 2 oyun heç-heçə başa çatıb. Vurulmuş qollar arasında fərq də 24-9 "bankirlər"in xeyrinədir. “İnter” və “Qəbələ” ( o zaman komanda “Gilan” adlanırdı) komandaları ilk dəfə 2006-cı ildə üz-üzə gəliblər.
Komandaların ilk qarşılaşması 0:0 hesabı ilə başa çatıb, lakin mövsümün ikinci oyununda “İnter” qəbələliləri 2:0 hesabıyla məğlub edib. Bu duellərdə ilk qolun müəllifi isə matçda dubl etməyi bacarmış Daniel Axtyamov olub.
Ev oyunlarında da “İnter”in aşkar üstünlüyü var. Doğma divarlar arasında keçirdiyi 7 oyundan 5-də “İnter” qələbə qazandığı halda, yalnız 2 qarşılaşmada qalib müəyyənləşməyib. Bu görüşlərdə "İnter" rəqibin qapısından 19 top keçirib, öz qapısındansa cəmi 4 top buraxıb.
Qeyd edək ki, Azərbaycan çempionatı çərçivəsində “İnter” qəbələlilərə 2007-ci ildən məğlub olmur. Əlavə edək ki, “İnter” - “Qəbələ” qarşılaşmasında ən populyar hesab 1:0 hesabıdır. Bu nəticə 14 qarşılaşmanın 4-də qeydə alınıb. Xatırladaq ki, “İnter” rəqibinə 3 və daha çox top fərqilə qalib gəlib. 2007-2008-ci il mövsümündə paytaxt klubu “Qəbələ”ni 4:0, növbəti mövsümdə 5:0, 2009-2010-cu ildəsə 4:1 hesabıyla üstələyib.
“İnter”-“Qəbələ” duelinin daha bir maraqlı xüsusiyyəti var. 2007-2008 və 2009-2010-cu il "İnter" üçün çempion mövsümlərində “İnter” məhz “Qəbələ” ilə qarşılaşıb və qalib gəlib (4:0 və 4:1).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?