Bu gün keçirilən matçlarla Premyer Liqanın IX turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.
Çempionatın autsayderi “Sumqayıt Şəhər” doğma meydanda “Bakı”nı qəbul edib və həmin görüş qonaqların minimal hesablı qələbəsi ilə (1:0) başa çatıb. Ardıcıl 3 oyundur məğlub olan “Qəbələ” isə Gəncənin “Kəpəz” klubunu qonaq edib. Toni Adamsın komandası ilk hissənin sonlarında azlıqda qalsa da, 3 xalı rahat qazanıb.
IX turun ən maraqlı qarşılaşması İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. Paytaxtın iki iddialı klubu – “Neftçi” və “İnter” Respublika stadionu təmirə bağlandığı üçün məhz bu arenada üz-üzə gəliblər. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, qələbəni Kaxaber Sxadadzenin komandası bayram edib. Bu nəticə ilə xallarının sayını 17-yə çatdıran "İnter" ikinci pilləyə yüksəlib.
Baş məşqçi dəyişikliyindən sonra öz oyununu tapan və iki çətin səfər oyunundan maksimum nəticə əldə edən “Rəvan” son oyunlarda inamlı çıxış edən “Qarabağ”la üz-üzə gəlib. Son həftələrin yüksəlişdə olan iki komandasının görüşündə 1:1 hesablı nəticə qeydə alınıb.
Çempionatın şəriksiz lideri “Xəzər Lənkəran” evdə “Simurq”u qəbul edib. Mirça Rednikin komandası zaqatalılılarla doğma azarkeşləri önündəki görüşdə qələbə qazanaraq, ötən tur “İnter”ə məğlubiyyəti unutdurmaqla yanaşı, turnir cədvəlindəki liderliyini də möhkəmlədib.
Qeyd edək ki, dünən IX turun açılış oyununda AZAL səfərdə “Turan”ın qonağı olub. Tovuzdakı qarşılaşmada hesab açılmayıb.
Premyer Liqanın IX turunun oyunları
16 oktyabr (bazar)
17:30. "Xəzər Lənkəran" - "Simurq" - 1:0
Qol: Antonio Semedo, 27
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Lənkəran. Mərkəzi stadion.
17:00. "Rəvan" - "Qarabağ" - 1:1
Qollar: Leonardo Roşa, 77 - Miloş Zeçeviç, 90
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Dalğa Arena" stadionu.
15:30. "Neftçi" - "İnter" - 0:1
Qol: Baçana Sxadadze, 34
Qırmızı vərəqə: Ruslan Abışov, 82
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
15:00. "Sumqayıt Şəhər" – "Bakı" - 0:1
Qol: Maris Verpakovski, 46
Qırmızı vərəqə: Andrey Popoviç, 18
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
15:00. "Qəbələ" - "Kəpəz" - 2:0
Qollar: Deon Barton, 40, Dodo, 57
Qırmızı vərəqə: Bruno da Silva, 44
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Qəbələ. Şəhər stadionu.
15 oktyabr (şənbə)
"Turan" - AZAL - 0:0
Qırmızı vərəqə: Giorgi Beriaşvili, 44
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu.
Turnir cədvəli Komanda O Q H M Qollar Xallar 1 Xəzər Lənkəran 1 1 14-5 22 2 İnter 9 5 2 2 7-5 17 3 Neftçi 8 5 0 3 11-6 15 4 Bakı 9 4 3 2 9-6 15 5 Qarabağ 8 4 2 2 10-6 14 6 Qəbələ 9 4 2 3 11-10 14 7 Kəpəz 9 3 2 4 14-15 11 8 Rəvan 9 2 4 3 11-12 10 9 AZAL 9 2 4 3 10-12 10 10 Simurq 2 2 7-11 8 11 Turan 9 2 1 6 7-13 7 12 Sumqayıt Şəhər 9 0 3 6 3-13 3
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?