“Xəzər Lənkəran” klubunun məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Mirça Rednikin komandası 201 gündən sonra yenə Premyer Liqa oyununda məğlubiyyət acısı dadıb.
Sonuncu dəfə ötən mövsümün 23-cü turunda, “altılığ”ın martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” həmin gündən çempionatda heç kimə uduzmurdu. Ötən mövsümün son 9, cari mövsümünsə ilk 7 görüşündə bu seriya davam etmişdi. Məğlubiyyətsiz 16 oyunda futbolçular 8 qələbə qazanaraq 8 heç-heçə ediblər. Bu matçlarda 23 top vuran “Xəzər Lənkəran” cəmi 9 dəfə qapısında qol görüb.
Bu seriya zamanı 7 səfər matçına çıxan “Xəzər Lənkəran”ın bu xoşbəxt rəqəmi “İnter”lə “Şəfa” stadionunda artırıb, 8-ə çatdırmaq istəyi baş tutmayıb. 0:1 hesablı məğlubiyyət komandanın tarixində 3-cü məğlubiyyətsiz seriyanı rəsmiləşdirib. Belə ki, “Xəzər Lənkəran”ın hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriya da var.
201 günlük marafon: Məğlubiyyətdən məğlubiyyətədək
Mövsüm Tarix Tur Rəqib Yer Hesab
2010/11 13.03.2011 23 AZAL (Bakı) s 0:1
2010/11 18.03.2011 24 NEFTÇİ (Bakı) e 1:1
2010/11 02.04.2011 25 BAKI (Bakı) s 0:0
2010/11 10.04.2011 26 QARABAĞ (Ağdam) s 0:0
2010/11 16.04.2011 27 İNTER (Bakı) e 1:1
2010/11 23.04.2011 28 AZAL (Bakı) e 3:0
2010/11 30.04.2011 29 İNTER (Bakı) s 1:1
2010/11 07.05.2011 30 QARABAĞ (Ağdam) e 1:1
2010/11 13.05.2011 31 BAKI (Bakı) e 2:0
2010/11 18.05.2011 32 NEFTÇİ (Bakı) s 1:1
2011/12 06.08.2011 1 SUMQAYIT-ŞƏHƏR e 2:1
2011/12 14.08.2011 2 AZAL (BAKI) s 3:0
2011/12 20.08.2011 3 TURAN (Tovuz) e 3:1
2011/12 27.08.2011 4 RƏVAN (Bakı) s 1:1
2011/12 10.09.2011 5 NEFTÇİ (Bakı) e 1:0
2011/12 17.09.2011 6 QARABAĞ (Ağdam) s 1:0
2011/12 23.09.2011 7 QƏBƏLƏ (Qəbələ) e 2:1
2011/12 30.09.2011 8 İNTER (Bakı) s 0:1
Qeyd edək ki, komandamızın rekordu 2007-ci ildə gerçəkləşib. 2006/07 mövsümünün fevralın 16-dakı 15-ci tur oyununda Bakıda “Neftçi”yə 0:1 hesabı ilə uduzan komandamız 2007/08 mövsümünün 11-ci turunun noyabrın 10-da “Neftçi”yə bu dəfə Lənkəranda 0:1 hesabı ilə uduzub. Bu 2 məğlubiyyət arasında isə 21 çempionat oyununda “Xəzər Lənkəran”ı udan tapılmayıb.
19 oyunluq seriya da Lənkəranda “Neftçi”yə 0:1 hesabı ilə uduzmaqla başlayıb. Bu, 2005/06 mövsümünün 13-cü turunda, 2005-ci il dekabrın 12-də yaşanıb. 2006/07 mövsümündə 8-ci turun 2006-cı il oktyabrın 22-də isə səfərdə “Karvan”a uduzmuşuq. Bu 2 yenilgi 19 oyun məğlubiyyətsizliyi əhatə edir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?