“Simurq” rəhbərliyi AFFA İntizam Komitəsinin klubla bağlı çıxardığı qərarlara münasibət bildirib. Zaqatala təmsilçisinin icraçı direktoru Vaqif Əliyev Qol.Az-ın müxbiri ilə söhbətində İK-in qərarına hörmətlə yanaşdıqlarını söyləyib.
Əliyev cəriməni ödəyəcəklərini deyib: “Qərar çıxarılıbsa, ona hörmətlə yanaşmalıyıq. Haqlı və ya haqsız, qərar qəbul olunubsa, qanuna tabe olmalı, cəriməni ödəməliyik. Bu, tək adamın qərarı deyil ki. Komissiyanın qərarıdır. İclasda məsələyə baxılıb, lazımı qərarlar qəbul olunub”.
İK “Simurq” – “Neftçi” oyunu zamanı yerli azarkeşlərin meydançaya yad əşyalar atdığını əsas gətirərək, Zaqatala klubunu 2000 manat məbləğində cərimələyib. AFFA-nın verdiyi qərarları haqlı sayan Əliyevin bu məsələyə münasibəti isə bir qədər fərqli olub. O, oyun vaxtı meydançaya kənar əşya atılmadığını bildirib:
“Oyun vaxtı meydançaya yad əşya atılmayıb. Bilmirəm, bunu haradan çıxarıblar? Amma biz bu məsələylə bağlı mövqeyimizi əvvəlcədən bildirmişik”.
Sonda isə klub rəsmisi İK-in bu qərarına görə, hər hansı müvafiq orqana şikayət etməyəcəklərini söyləyib.
Qeyd edək ki, “Simurq” – “Neftçi” oyununda yaşanan qalmaqladan sonra AFFA İntizam Komitəsi ümumilikdə Zaqatala klubuna 7000 manat cərimə təyin edib. Komandanın baş meneceri Zöhrab Əliyev isə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?