“Bakı” klubunun 11 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dəvətlilərdən 5-i Azərbaycanın əsas və aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmək imkanı qazanıb.
Gənc qapıçı Aqil Məmmədov əsas millimizin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də Türkiyə ilə keçiriləcək oyunlara çağırılıb.
21 yaşlılardan ibarət yığmamıza dəvət olunan Emin Cəfərquliyev və Novruz Məmmədov Bakıda iki oyuna çıxacaqlar. Onlar oktyabrın 6-da Norveçi, oktyabrın 10-da Belçikanı qəbul edəcək komandamızın heyətində oynamaq şansı qazanacaqlar. Gənc futbolçular Nurlan Novruzov və Rəhman Hacıyev 19 yaşlılardan ibarət millimizin düşərgəsindədirlər.
”Bakı”nın baş məşqçisi Aleksandr Starkov Denis İvanov və Maris Verpakovskini eyni zamanda rəhbərlik etdiyi Latviya milli komandasına da çağırıb. Latviya millisi 2012-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında Malta və Xorvatiya ilə qarşılaşacaq. Paytaxt klubunun daha bir üzvü Deyvidas Çesnauskis Litva millisinin heyətində Çexiyaya qarşı keçiriləcək oyuna hazırlaşır.
Moldova yığmasının üzvü Vadim Borets Hollandiya və San Marino, Syera Leone millisinin aparıcı oyunçularından biri olan İbrahim Karqbo isə Cənubi Afrika Respublikası ilə keçiriləcək oyunda meydana çıxa bilər.
“Bakı”nın daha bir hücumçusu Uiston Parks Kosta Rika yığmasına dəvət alıb. Parksın milli komandası oktyabrın 7-də Braziliya, oktyabrın 11-də isə Kubaya qarşı oyunlarda forma geyinmək şansı qazanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?