Ağdamın "Qarabağ" klubu tarixi derbidə 40-cı dəfə "Turan"la qarşılaşıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk dəfə yeni məkanda, Mərdəkanda baş tutan görüş "Qarabağ"ın qələbəsiylə nəticələnib.
Ötən tur Mərdəkanda başqa bir arenada AZAL 3:1 hesabıyla məğlub edilmişdisə, bu dəfə də Tovuz klubu eyni aqibətlə üzləşib. "Qarabağ" "Dalğa Arena"da baş tutan görüşdə qələbə qazanmaqla yenidən "altılığ"a daxil olmaqla 4-cü pilləyə yüksəlib. Eyni zamanda oyunda vurulan qollar da fərqli məqamlarla yadda qalıb.
"Qarabağ"ın ilk qolu 23-cü dəqiqədə vurulub. Rəşad Sadıqovun cərimə zərbəsindən sonra qayıdan topa zədədən yeni qayıdan Vüqar Nadirov akrobatik zərbəylə tamamlayıb. Bu eyni zamanda Vüqarın 2011-ci ildə çempionatda vurduğu ilk qol olub.
24 yaşlı forvard sonuncu dəfə ötən mövsüm dekabrın 18-də "Muğan"a qarşı oyunda fərqlənmişdi. (Bu il isə Avroliqada "Banqa"yla baş tutan ilk görüşdə Vüqar dublla yadda qalıb)
Matçın 53-cü dəqiqəsində "Qarabağ"ın 2-ci qolunu vuran Ansi Aqolli isə Premyer Liqada qol hesabını açıb. Albaniya millisinin oyunçusu Avroliqada "Banqa"yla baş tutan cavab matçında fərqlənsə də, milli çempionatda debüt edib.
Rəşad Sadıqova isə komandanın heyətində növbəti dəfə fərqlənmək üçün il yarım gözləmək lazım gəlib. Millimizin kapitanı 85-ci dəqiqədə adını tabloya yazdıraraq 2010-cu ilin mayın 9-dan sonra ilk dəfə qola sevinib. 29 yaşlı müdafiəçi Quzanlıda XXXI turda baş tutan "Xəzər Lənkəran"la oyunda ilk qolu vurmuşdu (2:1).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?