Bu gün Premyer Liqada VIII turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutub.
Turun ən maraqlı qarşılaşmaları paytaxtda keçirilib. Cari mövsümdə heç cür özünə bənzəməyən “İnter” “Şəfa” stadionunda çempionatın lideri “Xəzər Lənkəran”ı qəbul edib. Yeddi turdan sonra məğlubiyyət acısı yaşamayan Mirça Rednikin komandası bu seriyanı bugünkü oyunda da davam etdirməyə çalışacaqdı.
Lakin “İnter” buna imkan verməyib. Minimal hesabla qələbə qazanan Kaxaber Sxadadzenin komandası bu görüşdən 3 xalla ayrılıb. "Xəzər Lənkəran" isə Premyer Liqada ilk məğlubiyyətini alsa da, turnir cədvəlindəki liderliyini qoruyub.
Günün digər prinsipial görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. “Paytaxt derbisi” kimi qiymətləndirilən oyunda “Bakı” və AZAL klubları üz-üzə gəliblər. Son turda "Neftçi"yə uduzan “zolaqlılar” bu görüşdə də xal itirmək istəmirdi. Lakin tərəflərin səylərinə baxmayaraq, bu görüşdə hesab açılmayıb - 0:0.
Premyer Liqanın iddialı klublarında “Qəbələ” doğma divarlar arasında hazırda “Rəvan”ı qəbul edib. Toni Adamsın komandası oyuna yaxşı başlasa da, sonda üstünlüyü əldən verib və rəqibinə 2:3 hesabı ilə məğlub olub.
“Qarabağ” isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionun ot örtüyü yararsız vəziyyətdə olduğuna görə, “Turan”ı “Dalğa Arena”da qəbul edib. Ağdam təmsilçisi bu görüşdə inamlı qələbə qazanmaqla xalını 13-ə yüksəldib.
Son çempion “Neftçi” Zaqatalada “Simurq”la qarşılaşıb. “Kəpəz” isə Gəncədə çempionatın debütantı “Sumqayıt Şəhər”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
30 sentyabr
Premyer Liqanın VIII turunun oyunları
19:00. “Simurq” – “Neftçi” - 1:2
Qollar: Mirhüseyn Seyidov, 9 (0:1), Tofiq Mikayılov, 84 (1:1), Fərid Quliyev, 90 (1:2)
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Rəhim
Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
19:00. “İnter” – “Xəzər Lənkəran” - 1:0
Qol: Nizami Hacıyev, 65 (1:0)
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Fuad
Həsənov
Bakı. "Şəfa" stadionu
18:00. “Bakı” – AZAL - 0:0
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
18:00. “Qarabağ” – “Turan” - 3:1
Qollar: Vüqar Nadirov, 23, Namiq Əliyev, 51 (1:1), Aqolli, 53 (2:1), Rəşad Sadıqov, 84 (3:1)
Hakimlər: Elnur Muradov, Nahid Əliyev, Azad Ə.Hüseynov, Alik Yunusov Bakı. "Dalğa Arena" stadionu
“Qəbələ” – “Rəvan” - 2:3
Qollar: Murad Hüseynov, 7 (1:0), 21-avtoqol (1:1), Con Pelu, 35 (1:2), Barlay, 52 (1:3), Dodo, 78 (2:3)
Hakimlər: Ceyhun Haşımov , Ramiz Əsədov , Namiq Hüseynov, Elçin
Məmmədov
Qırmızı vərəqə: Şeriff Suma ("Rəvan"), 76
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
“Kəpəz” – “Sumqayıt Şəhər” - 1:1
Qollar: Eldar Məmmədov, 38 (0:1), Ceyhun Sultanov, 63 (1:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Elman Musayev, Anar Salmanov
Gəncə. Şəhər stadionu
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Xəzər Lənkəran | 8 | 6 | 1 | 1 | 13-5 | 19 |
| 2 | Neftçi | 7 | 5 | 0 | 2 | 11-5 | 15 |
| 3 | İnter | 8 | 4 | 2 | 2 | 6-5 | 14 |
| 4 | Qarabağ | 7 | 4 | 1 | 2 | 9-5 | 13 |
| 5 | Bakı | 8 | 3 | 3 | 2 | 8-6 | 12 |
| 6 | Kəpəz | 8 | 3 | 2 | 3 | 14-13 | 11 |
| 7 | Qəbələ | 8 | 3 | 2 | 3 | 9-10 | 11 |
| 8 | Rəvan | 8 | 2 | 3 | 3 | 10-11 | 9 |
| 9 | AZAL | 8 | 2 | 3 | 3 | 10-12 | 9 |
| 10 | Simurq | 8 | 2 | 2 | 4 | 7-10 | 8 |
| 11 | Turan | 8 | 2 | 0 | 6 | 7-13 | 6 |
| 12 | Sumqayıt Şəhər | 8 | 0 | 3 | 5 | 3-12 | 3 |
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı
Dünya çempionatlarının tarixinə düşdü
Belçika Misirlə heç-heçə etdi
İspaniya Kabo-Verde ilə bacarmadı - Video