"Qəbələ"dən daha bir transfer (VİDEO)

"Qəbələ"dən daha bir transfer (VİDEO)
PREMYER LİQA 29 Sentyabr 2011 / 12:53 4877
-  A +

Premyer Liqanın iddialı klublarından “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Kot d`İvuarlı hücumçu Serje Cehua birbaşa müqaviləyə imza atmaq üçün komandanın düşərgəsinə dəvət olunub.

Bu barədə Qol.Az saytına açıqlamasında “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Nəcəfovun sözlərinə görə, futbolçu hazırda ölkəmizdə olsa da, onunla hələlik rəsmi müqavilə imzalanmayıb. Ancaq bunun yaxın saatlarda baş verəcəyi gözlənilir.

Təcrübəli forvard 2 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Cehua azad agent statusu ilə gəldiyindən transfer “pəncərəsi”nin bağlı olması onun “Qəbələ” ilə müqavilə imzalamasına əngəl törətməyəcək. 27 yaşlı futbolçunun son klubu "Antalyaspor" olub. Bundan əvvəl isə o, "Stella" və "Kaizer" klublarında çıxış edib.



Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır