“İlk növbədə bizim üçün 3 xal vacib idi. Son oyunlarda xal itirdiyimizə görə qələbə qazanmaq istəyirdik. Oyunun startında qol buraxsaq da, tədricən toparlandıq və 3 qol vura bildik. Daha da çox vura bilərdik. Əsas odu ki, 3 xalı qazandıq. Bu oyun bizə psixoloji cəhətdən faydalı oldu”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın braziliyalı hücumçusu Leonardo Roşa klubun rəsmi saytına açıqlamasında deyib. “Qarabağ”da çıxış edən ilk braziliyalı kimi klubun tarixinə düşən təcrübəli forvard bundan xəbərsiz olduğunu bildirib:
“Bundan xəbərim yox idi. Belə baxanda, bu, mənə təəccüblü gəldi. Çünki, braziliyalılar demək olar ki, dünyanın hər yerində futbol oynayırlar. Əslində bu fakt məndə əlavə məsuliyyət yaradır. Çalışacam ki, öz oyunumla inamı doğruldum”.
Özünün və komandasının hazırkı durumundan bəhs edən braziliyalı belə davam edəcəkləri halda qarşısıalınmaz olacaqlarını düşünür:
“Deməzdim ki, tam hazıram. Hələ zamana ehtiyacım var. Oynadıqca daha da “artıracam”. Komandada əla atmosfer var. Bu mənə özümü rahat hiss etməyə imkan verir. Hücumda oynamağıma gəlincə, cəmi 1 dəfə “İnter”də olanda, hücumçu kimi oynamışam. Baş məşqçi indi belə oynamağı məsləhət gördü. Çalışdım ki, ən yaxşısını edim. Hücumçu kimi 2-3 dəfə fərqlənməyə imkanım oldu. Amma komanda çox yaxşı oynadı. Topla tez hərəkət edərək, rəqibi topsuz qoyduq. Belə davam etsək qarşısıalınmaz olacağıq”.
Roşa “Qarabağ”ın tezliklə zirvəyə yüksələcəyinə inanır:”Bilirəm ki, “Qarabağ”ın yüksək hədəfləri var. Çox mehriban kollektivimiz var. Hamı futbolu düşünür. Biz oynadıqca, məğlub etməyəcəyimiz komanda yoxdu. Azarkeşlərimiz bizi dəstəklədikcə, daha da inamlı çıxış edəcəyik”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?