“Xəzər Lənkəran” rekordun 5 addımlığında

“Xəzər Lənkəran” rekordun 5 addımlığında
PREMYER LİQA 27 Sentyabr 2011 / 10:32 3493
-  A +

“Xəzər Lənkəran” Azərbaycan çempionatındakı məğlubiyyətsiz oyunlar seriyasını Premyer Liqanın VII turunda da davam etdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən Mirça Rednikin komandası bu uğurlu seriyanı 16-ya çatdrıb.

Sonuncu dəfə ötən mövsümün 23-cü, “altılığ”ın 1-cu turunun martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” o vaxtdan meydanı xalsız tərk etmir. Ötən mövsümün son 9 qarşılaşmasında 2 qələbə qazanıb 7 heç-heçə etməklə məğlubedilməzə çevrilmişdi.

Komanda cari mövsümün ilk 7 matçında 6 qələbə qazanıb 1 heç-heçə etməklə seriyanı 16 matça çatdırıb. Məğlubiyyətsiz 16 oyunda lənkəranlı futbolçularımız 8 qələbə qazanaraq 8 heç-heçə edib. Bu matçlarda 23 top vuran “Xəzər Lənkəran” cəmi 9 dəfə qapısında qol görüb.

Bu, komandanın tarixində çempionatlardakı 3-cü nəticədir. Hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olan “Xəzər Lənkəran” 2007-ci ildə gerçəkləşən mütləq rekordunun 5 addımlığındadır.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə