Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, turun ilk günündə 3 qarşılaşma baş tutacaq.
Günün mərkəzi qarşılaşması isə Suraxanı qəsəbə stadionunda keçirilib. Burada Ağdamın “Qarabağ” klubu Premyer Liqanın hazırki lideri “Xəzər Lənkəran”ı qəbul edib. Ötən tur “Sumqayıt Şəhər”lə oyunda iki vacib xal itirən “Qarabağ” bu görüşdə 3 xal qazanmaq niyyətində idi.
Lakin son nəticə “Xəzər Lənkəran”ın Bakıya məğlub olmamaq üçün gəldiyini sübut etdi. Bu görüşdə Mirça Rednikin komandasını 1 xal da qane edirdi. Bununla belə, Lənkəran təmsilçisi matçın 40-cı dəqiqəsində Adrian Pitin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanıb. “Xəzər Lənkəran” bu oyunda qələbə qazanmaqla digər rəqiblərindən bir qədər də uzaqlaşıb.
Zaqatalanın “Simurq” klubu isə bu tur öz meydanında Gəncənin “Kəpəz” klubu ilə qarşılaşıb. Ötən turda Bakının “İnter” klubuna 0:1 hesabı ilə məğlub olan Zaqatala təmsilçisi bu görüşdə qələbəyə oynayacağını gözləmək olardı. Sergey Yuranın komandası da bu işin öhdəsindən layiqincə gəlib - 4:2.
Son günlər iddialı rəqiblər üzərində qələbə qazanmaqla diqqət çəkən “Kəpəz” bu görüşün də əsas favoriti hesab olunsa da, Mehman Allahverdiyevin komandası "Simurq"la bacarmayıb. Gəncə təmsilçisi səfərdən ən azı 1 xalla qaytımaq niyyətini həyata keçirə bilməyib və turu xalsız başa vurub.
Günün son qarşılaşmasında isə azarkeşlər paytaxt derbisinin şahidi olacaqlar. Bakının AZAL klubu öz meydanında paytaxtın digər təmsilçisi “İnter”i qəbul edəcək. Ötən turda səfərdə “Kəpəz”ə uduzan AZAL “İnter”lə görüşdə həmin məğlubiyyəti unutdurmağa çalışacaq.
“İnter” isə öz növbəsində son iki turdakı uğurlu seriyasını davam etdirmək niyyətindədir. İlk öncə “Simurq”u, daha sonar isə “Sumqayıt Şəhər”I məğlub edən Kaxaber Sxadadzenin komandasını bu dəfə daha çətin sınaq gözləyir. Ötən mövsüm “İnter”in AZAL-a 0:5 hesabı ilə məğlub olması bunu deməyə əsas verir.
17 sentyabr
Premyer Liqanın 6-cı turunun oyunları
19:00. AZAL - "İnter" - 1:1
Qollar: George Bogihu, 49 (1:0), Vladimir Levin, 86 (1:1)
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Samir Hacıyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "AZAL" stadionu.
16:00. "Qarabağ" - "Xəzər Lənkəran" - 0:1
Qol: Adrian Pit, 40 (0:1)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
18:00. "Simurq" - "Kəpəz" - 4:2
Qollar: Robertas Poşkus, 6 (1:0), Yuri Fomenko, 20 (1:1), Yevgeni Şmakov, 33 (2:1), 70 (3:1), Armand Feutchine, 78 (3:2), Tofiq Mikayılov, 80 (4:2)
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Şəhər stadionu.
18 sentyabr (bazar)
16:00. "Turan" - "Bakı"
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu.
17:00. "Rəvan" - "Sumqayıt Şəhər"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "Dalğa Arena" stadionu.
18:30. "Neftçi" - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Xəzər Lənkəran | 6 | 5 | 1 | 0 | 11-3 | 16 |
| 2 | Qəbələ | 5 | 3 | 2 | 0 | 6-3 | 11 |
| 3 | İnter | 6 | 3 | 1 | 2 | 5-5 | 10 |
| 4 | Kəpəz | 6 | 3 | 0 | 3 | 13-12 | 9 |
| 5 | Bakı | 5 | 2 | 2 | 1 | 6-5 | 8 |
| 6 | AZAL | 6 | 2 | 2 | 2 | 9-9 | 8 |
| 7 | Qarabağ | 5 | 2 | 1 | 2 | 3-3 | 7 |
| 8 | Neftçi | 4 | 2 | 0 | 2 | 6-4 | 6 |
| 9 | Turan | 5 | 2 | 0 | 3 | 6-7 | 6 |
| 10 | Simurq | 6 | 1 | 2 | 3 | 5-8 | 5 |
| 11 | Rəvan | 5 | 0 | 2 | 3 | 6-9 | 2 |
| 12 | Sumqayıt Şəhər | 5 | 0 | 1 | 4 | 2-10 | 1 |
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı
Dünya çempionatlarının tarixinə düşdü
Belçika Misirlə heç-heçə etdi
İspaniya Kabo-Verde ilə bacarmadı - Video