Bu gün keçirilən 3 oyunla Premyer Liqanın V turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni saatda start götürüb.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qəbələ” doğma meydanda Tovuzun “Turan” klubunu qonaq edib. Ötən tur səfərdə gözlənilmədən “Qarabağ”ı məğlub edən Qəbələnin eyniadlı təmsilçisi “Turan”a da qalib gələrək, ev oyunlarındakı qələbəsizlik seriyasına son qoymağı bacarıb. Maliyyə problemi ilə üzləşən tovuzlular isə ən azından heç-heçəyə ümid etsələr də, buna nail ola bilməyiblər.
Günün digər görüşündə “Sumqayıt-Şəhər” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Son turda “Qəbələ”yə uduzan Ağdam təmsilçisi bunun əvəzini Premyer Liqanın debütantından çıxmağa çalışsa da, alınmayıb. Cari mövsümdə çempionluğu hədəfləyən Qurban Qurbanovun komandası görüşün əsas favoriti hesab olunsa da, “Sumqayıt-Şəhər”in gənc qapıçısı Andrey Popoviç rəqibin fərqlənməsinə imkan verməyib. Milli komandamızın da şərəfini qoruyan qolkiper 5-6 epizodda Sumqayıt klubunu real qoldan xilas edib.
V turun maraqlı qarşılaşmalarından biri də Gəncədə baş tutub. Ötən turda paytaxtda “Bakı”nı darmadağın edərək, sensasiyaya imza atan “Kəpəz” son oyunda “Neftçi”ni büdrədən AZAL-a məğlubiyyət acısı yaşadıb. Mehman Allahverdiyevin komandası bu nəticə ilə 3-cü pilləyə yüksəlib.
Premyer Liqada V turun oyunları
11 sentyabr (bazar)
“Qəbələ” - “Turan” - 2:1
Qollar: Viktor Mendi, 15, Dodo, 53 - Sergey Artyux, 6
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ. Şəhər stadionu.
“Sumqayıt Şəhər” – “Qarabağ” - 0:0
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Aleksandr Musatkin, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əmir Zamanov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
“Kəpəz” - AZAL - 3:1
Qollar: Şahin Kərimov, 1, Armand Feutchine, 35, Yuri Fomenko, 80 - Ervin Bulku, 45+1
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu.
10 sentyabr
“Xəzər Lənkəran” – “Neftçi” - 1:0
Qol: Ruslan Abışov, 43-avtoqol (1:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
“Bakı” – “Rəvan” - 3:2
Qollar: Şoliç, 7 (1:0), 29 (3:0), İvanovs, 20 (2:0), Torres, 69 (3:1), Sergey Çernişev, 78 (3:2)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“İnter” – “Simurq” - 1:0
Qol: Valeri Abramidze, 53 (1:0)
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Habil Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu.
Turnir cədvəli
|
|
Komanda |
O |
Q |
H |
M |
Qollar |
Xallar |
|
1 |
Xəzər Lənkəran |
5 |
4 |
1 |
0 |
10-3 |
13 |
|
2 |
Qəbələ |
5 |
3 |
2 |
0 |
6-3 |
11 |
|
3 |
Kəpəz |
5 |
3 |
0 |
2 |
11-8 |
9 |
|
4 |
Bakı |
5 |
2 |
2 |
1 |
6-5 |
8 |
|
5 |
Qarabağ |
4 |
2 |
1 |
1 |
3-2 |
7 |
|
6 |
AZAL |
5 |
2 |
1 |
2 |
8-8 |
7 |
|
7 |
Neftçi |
4 |
2 |
0 |
2 |
6-4 |
6 |
|
8 |
Turan |
5 |
2 |
0 |
3 |
6-7 |
6 |
|
9 |
İnter |
4 |
2 |
0 |
2 |
2-4 |
6 |
|
10 |
Rəvan |
5 |
0 |
2 |
3 |
6-9 |
2 |
|
11 |
Simurq |
5 |
0 |
2 |
3 |
1-6 |
2 |
|
12 |
Sumqayıt Şəhər |
4 |
0 |
1 |
3 |
2-8 |
1 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?