Bu gün Premyer Liqanın 5-ci turuna start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında isə “Bakı” öz meydanında “Rəvan”ı qəbul edib. Ötən turda gözlənilmədən “Kəpəz”ə 0:3 hesabı ilə məğlub olan “Bakı” klubu “Rəvan”la görüşdə ilk rəsmi qələbəsini qazanaraq bu uğursuzluğu unutdurmaq niyyətində idi. Lakin bu heç də asan görünmürdü.
Son turda “Xəzər Lənkəran”la 1:1-lik heç-heçə oynayan “Rəvan” bunun təsadüfi olmadığını sübut etməyə çalışacaqdı. Bunun üçün Bəhmən Həsənovun komandası “Bakı” ilə oyunda ən azı 1 xal qazanmağı hədəfləsə də, buna nail olmayıb.
Hərçənd ikinci hissədə "Rəvan" buna çox yaxın olub. İlk hissədə qapısında 3 top görən "Rəvan" fasilədən sonra bu qollardan ikisinin əvəzini çıxa bilib. Lakin Premyer Liqanın debütantının bundan artığına gücü çatmayıb - 3:2.
Günün digər qarşılaşmasında isə “İnter” öz meydanında Zaqatalanın “Simurq” klubu ilə qarşılaşıb. Qalmaqallı oyundan sonra və Premyer Liqada yaranmış fasilədən istifadə edən Kaxaber Sxadadzenin komandası “Simurq”la görüşdə 3 xalı hədəfləmişdi. Son hadisələrdən sonra “İnter”in “Simurq”a qarşı necə çıxış edəcəyi böyük maraq doğururdu.
Doğma meydan amilindən maksimum yararlanan "İnter" bu görüşdə qələbə qazanmağı bacarıb. İkinci hissədə Valeri Abramidzenin vurduğu qol oyunda yeganə olub və "bankirlər" 1:0 hesabı ilə qələbə qazanıblar. Bununla da, "İnter" 4 oyundan sonra xalını 6-ya yüksəldib.
Turun mərkəzi oyunu isə Lənkəranda baş tutub. Burada əzəli rəqiblər “Xəzər Lənkəran” və “Neftçi” klubları üz-üzə gəlib. Hazırda 10 xalla turnir cədvəlinə başçılıq edən Lənkəran təmsilçisinin doğma azarkeşlər qarşısında yalnız qələbəyə oynayacağı şübhə doğurmurdu.
Ötən turda AZAL-a 1:3 hesabı ilə məğlub olan “Neftçi” bu uğursuzluğu “Xəzər Lənkəran”la oyunda unutdurmaq niyyətində idi. Lakin "Neftçi" növbəti görüşdə də meydanı xalsız tərk edib. Matçın 43-cü dəqiqəsində Ruslan Abışovun avtoqolu "Xəzər Lənkəran"a 3 xal qazandırıb.
10 sentyabr
Premyer Liqada V turun oyunları
20:00. “Xəzər Lənkəran” – “Neftçi” - 1:0
Qol: Ruslan Abışov, 43-avtoqol (1:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
17:30. “Bakı” – “Rəvan” - 3:2
Qollar: Şoliç, 7 (1:0), 29 (3:0), İvanovs, 20 (2:0), Torres, 69 (3:1), Sergey Çernişev, 78 (3:2)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
19:00. “İnter” – “Simurq” - 1:0
Qol: Valeri Abramidze, 53 (1:0)
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Habil Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu.
11 sentyabr (bazar)
17:00. “Qəbələ” - “Turan”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ. Şəhər stadionu.
17:00. “Sumqayıt Şəhər” – “Qarabağ”
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Aleksandr Musatkin, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əmir Zamanov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
17:00. “Kəpəz” - AZAL
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu.
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Xəzər Lənkəran
5
4
1
0
10-3
13
2
Qəbələ
4
2
2
0
4-2
8
3
Bakı
5
2
2
1
6-5
8
4
AZAL
4
2
1
1
7-5
7
5
Neftçi
4
2
0
2
6-4
6
6
Kəpəz
4
2
0
2
8-7
6
7
Qarabağ
3
2
0
1
3-2
6
8
Turan
4
2
0
2
5-5
6
9
İnter
4
2
0
2
2-4
6
10
Rəvan
5
0
2
3
6-9
2
11
Simurq
5
0
2
3
1-6
2
12
Sumqayıt Şəhər
3
0
0
3
2-8
0
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı