Bu gün Premyer Liqanın IV turuna start veriləcək. Qol.Az-ın məlumatına görə, turun ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
Günün ilk qarşılaşması isə Quzanlıda baş tutub. Burada Ağdamın “Qarabağ” klubu Premyer Liqanın iddialılarından sayılan “Qəbələ”ni qəbul edib. Son iki oyununda maksimum nəticə göstərən “Qarabağ” bu seriyanı davam etdirmək niyyətində olsa da, bu istəyini həyata keçirə bilməyib.
İlk hissənin sonlarında qapısında qol görən "Qarabağ" fasilədən sonra təzyiqi artırsa da, Toni Adamsın komandası müdafiədə inamlı təsir bağışlayıb. Matçın sonlarında təyin olunan penaltini zərbəsini isə Adamiya qola çevirə bilməyib. Adamiyanın zərbəsini dəf edən Pavel Doroşev komandasına 3 xal qazandırıb.
Növbəti görüş isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Paytaxtın “Bakı” klubu öz meydanında Gəncənin “Kəpəz” komandasını qəbul edib. Son turda “İnter”lə qalmaqallı görüşdən sonra rəqib komandaya verilən texniki məğlubiyyət sayəsində aktivinə 3 xal yazıdıran “Bakı” klubu hazırda 5 xalla turnir cədvəlinin 4–cü pilləsində qərarlaşdı.
Hər kəs bu oyunda "Bakı"nın qələbə qazanmasını gözləsə də, görüş Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb. "Kəpəz" oyunun taleyini elə ilk hissədə həll edib. İlk hissədə 3 qol vuran "Kəpəz" aktivinə daha 3 xal yazıb. "Bakı" klubu isə bu dəfə də penaltini qola çevirə bilməyib. Nurlan Novruzovun vurduğu topu qapıçı zərərsizləşdirib.
Paytaxtın iki komandası isə Şüvəlan qəsəbə stadionunda üz-üzə gəlib. Öz meydanında “Neftçi”ni qəbul edən AZAL bu görüşdə qələbə qazanmaqla çempionluq uğrunda mübarizəni davam etdirmək niyyətində idi ki, buna da nail olub. Elxan Abdullayevin komandası "Neftçi" ilə oyunda inamlı qələbə qazanıb - 3:1.
Son iki oyununda qələbə qazanan “Neftçi” isə bu oyunda məğlub olmaqla çempionluq yolunda ağır zərbə alıb. Əzəli rəqibi "Xəzər Lənkəran" və "Qarabağ"ı özündən irəli buraxmamaq üçün "Neftçi" bu görüşdə qələbə qazanmaq niyyətində idi. Lakin son ölkə çempionu AZAL-la oyunda xal itkisi ilə üzləşib.
Günün son qarşılaşması “Rəvan” – “Xəzər Lənkəran” komandaları arasında keçirilib. Son turda “Simurq”la oyunda ilk xalını qazanan “Rəvan” bunun təsadüfi olmadığını sübut edib. Matçın 34-cü dəqiqəsində hesabı açan "Rəvan" bu üstünlüyünü sona qədər qoruya bilməyib.
“Xəzər Lənkəran” da öz növbəsində ardıcıl 4-cü qələbəsini qazana bilməyib. Mirça Rednikin komandası bu mövsüm ilk xal itkisi ilə üzləşib. Bununla belə, "Xəzər Lənkəran" yenə də turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, tura sabah keçiriləcək “Turan” – “Simurq” oyunu ilə yekun vurulacaq. Bu turda keçirilməli olan “İnter” – “Sumqayıt Şəhər” oyunu Sumqayıt təmsilçisinin bir neçə futbolçusunun müxtəlif yığmalara dəvət alması səbəbindən təxirə salınıb.
27 avqust
Premyer Liqanın IV turu
20:00. “Rəvan” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Reis Klaudinei, 34 (1:0), Katalin Doman, 52 (1:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Dalğa Arena" stadionu.
19:00. AZAL – “Neftçi” - 3:1
Qollar: Elşən Məmmədov, 42 (1:0), 71 (3:1), Ervin Bulku, 55 (2:0), Slavço Georgiyevski, 57 (2:1)
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. AZAL stadionu.
18:00. “Bakı” – “Kəpəz” - 0:3
Qollar: Sabir Allahquluyev, 23 (0:1), Yuri Fomenko, 27 (0:2), 40 (0:3)
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Qurban Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
17:30. “Qarabağ” – “Qəbələ” - 0:1
Qol: Mendi, 38 (0:1)
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu.
Bu oyunda matçın əsas qəhrəmanı kimi "Qəbələ"nin qapıçısı Pavel Doroşevi qeyd etmək lazımdır. Latviyalı qapıçı 3 təhlükəli zərbəni dəf etməklə yanaşı, matçın sonlarında təyin olunan penaltini də zərərsizləşdirməyi bacarıb. Bununla da, Doroşevlə bacara bilməyən "Qarabağ" öz meydanında 0:1 hesabı ilə məğlub olub.
28 avqust (bazar)
“Turan” – “Simurq”
Hakimlər: Anar Salmanov, Yaşaq Abbasov, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Tovuz. Şəhər stadionu. Saat 17:30.
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Xəzər Lənkəran
4
3
1
0
9-3
10
2
Qəbələ
4
2
2
0
4-2
8
3
AZAL
4
2
1
1
7-5
7
4
Neftçi
3
2
0
1
6-3
6
5
Qarabağ
3
2
0
1
3-2
6
6
Kəpəz
4
2
0
2
8-7
6
7
Bakı
4
1
2
1
3-3
5
8
Turan
3
1
0
2
4-5
3
9
İnter
3
1
0
2
1-4
3
10
Rəvan
4
0
2
2
4-6
2
11
Simurq
3
0
2
1
1-4
2
12
Sumqayıt Şəhər
3
0
0
3
2-8
0
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?