Bu gün Premyer Liqanın III turunda daha 2 görüş keçiriləcək. Qol.Az-ın məlumatına, bu oyunlardan biri Lənkəranda, digəri isə paytaxtda baş tutacaq.
Hazırda 6 xalla turnir cədvəlinə başçılıq edən “Xəzər Lənkəran” klubu öz meydanında Tovuzun “Turan” klubunu qəbul edib. Premyer Liqanın iki turunu qələbə ilə başa vuran Lənkəran təmsilçisi bu görüşdə də qalib gəlməklə liderliyini möhkəmlətmək niyyətində idi.
Mirça Rednikin komandası bu işin öhdəsindən layiqincə gəlib. İlk hissəsi 1:0 hesabı ilə başa çatan oyunda fasilədən sonra daha 3 qol olub. İki dəqiqəyə iki qol vuran "Xəzər Lənkəran" bu görüşünü də qələbə ilə başa vurub.
Turan" isə bu qollardan yalnız birinin əvəzini çıxmağa müvəffəq olub. Nadir Nəbiyevin vurduğu qol "Turan" üçün təsəllidən baş bir şey olmayıb. Üç turdan sonra maksimum xal toplayan "Xəzər Lənkəran" turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub.
Bu oyunda "Xəzər Lənkəran"ın yeni transferləri də debüt matçına çıxıb. Burada əsas diqqət çəkən məqam isə Branimir Subaşiçin debüt matçında qol vurmasıdır. "Xəzər Lənkəran"ın ilk iki qoluna imza atan Subaşiçin yeni komandasında debütü uğurlu alınıb.
"Turan"la oyunda ilk rəsmi matçına çıxan digər oyunçu isə Rusiç idi. Lakin o Subaşiçdən fərqli olaraq ilk oyununda fərqlənə bilməyib. Bununla belə, futbolçu "Turan"la oyunda pis təsir bağışlamayıb.
Günün digər qarşılaşmasında isə “İnter” və “Bakı” klubları üz-üzə gələcək. Paytaxt derbisində “İnter”in şansları daha yüksək qiymətləndirilir. Son turda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan “bankirlər” bu məğlubiyyəti unutdurmağa çalışacaqlar.
Lakin son iki turda qələbəyə həsrət qalan “Bakı” da 3 xal arzusundadır. Aleksandr Starkovun komandası Premyer Liqada ilk qələbəsini qazanmaqla iddialılar sırasına qoşulmaq niyyətindədir. Bu baxımdan “İnter”lə oyun “Bakı” üçün də mühüm əhəmiyyət kəsb edir.
20 avqust (şənbə)
Premyer Liqada III turun oyunları
21:00. "İnter" - "Bakı" - 0:0 (Oyun yarımçıq dayandırılıb)
Qırmızı vərəqə: Georgi Lomaya, 90+2
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Kərim Ağayev
"Şəfa" stadionu.
Matça əlavə edilmiş 2 dəqiqədə "İnter"in qapıçısı Georgi Lomaya topu tutarkən ayağı "Bakı"nın gənc oyunçusu Nurlan Novruzov sinəsinə dəyir. Bundan sonra futbolçular arasında mübahisə yaşanır. Laysmanla məsləhətləşən görüşün baş hakimi Ramil Diniyev Lomayaya qırmızı vərəqə göstərməklə yanaşı penalti nöqtəsini göstərir. Məhz bundan sonra klub rəsmiləri arasında da vəziyyət gərginləşir. Hətta polis də bu mübahisəyə müdaxilə etməli olur. Hakimin qərarı ilə razılaşmayan "İnter" futbolçuları meydanı tərk edirlər. "İnter"in oyunçularının qayıtmadığını görən hakimlər də soyunub-geyinmə otağına yollanırlar. "Bakı" komandasının da meydanı tərk etməsindən sonra görüş təxirə salınır.
19:30. "Xəzər Lənkəran" - "Turan" - 3:1
Qollar: Branimir Subaşiç, 33 (1:0), 58 (2:0), Qomez, 59 (3:0), Nadir Nəbiyev, 86 (3:1)
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Akif Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu.
21 avqust (bazar)
"Kəpəz" - "Qarabağ"
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov
Gəncə şəhər stadionu. Saat 17:00
"Neftçi" - "Sumqayıt Şəhər"
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
19 avqust (cümə)
Premyer Liqanın III turunun görüşləri
20:00. "Simurq" - "Rəvan" - 1:1
19 avqust 2011. Saat 20:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Samir Hacıyev
Dördüncu hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Qərib İbrahimov, 27 (bilərəkdən əl ilə oyun); Vasili Yanotovski, 34 (qeyri-idman hərəkəti); Elçin Xəlilov, 55 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 90+2 (qeyri-idman hərəkəti) // Miloş Zeçeviç, 7 (düşünmədən ayağa zərbə); George Qulordava, 76 (qeyri-idman hərəkəti); Reis Klaudinei, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Elçin Xəlilov, 82 // Ramazan Abbasov, 90+4
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
“Simurq”: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 8. Qərib İbrahimov, 9. Əli Bağırov (29. Samir Quliyev, dəq.69), 10. Tofiq Mikayılov, 28. Yevgeni Şmakov, 4. Vasili Yanotovskiy, 27. Ramil Sayadov (7. Elçin Xəlilov, dəq.37)(6. Mikayıl Rəhimov, dəq.85).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 23. Ruhid Usubov
Baş məşqçi: Sergey Yuran
“Rəvan”: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç (22. Amid Hüseynov, dəq.88), 7. Reis Klaudinei, 8. Tural Axundov, 10. Angel Gutierrez, 11. Şeriff Suma, 15. Tural Cəlilov (90. Sergey Çernışev, dəq.62), 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 87. George Qulordava (20. Kristian Torres, dəq.80)
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 6. Taqim Novruzov, 13. Fərid Həşimzadə, 16. Fərrux Rəhimov
Baş məşqçi: Bəhmən Həsənov
17:00. "Qəbələ" - AZAL - 1:1
19 avqust 2011. Saat 17:00. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Azər Əsgərov
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Vurğun Hüseynov, 60 (düşünmədən rəqibə ayaqla zərbə) // Ruis Kristian, 58 (rəqibə qarşı kobud oyun); Amil Ağacanov, 85 (qeyri idman hərəkəti); Zohair Benouahi, 86 (qeyri idman hərəkəti)
Qırmızı vərəqə: Mahir Şükürov, 12 (rəqibi başla vurduğuna görə)
Qollar: Deon Barton, 50 // Viktor İqbekoyi, 43
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
“Qəbələ”: 12. Pavels Doroşevs, 3. Vurğun Hüseynov , 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 9. Viktor Mendi (16. Abdulkader Kamara, dəq.58), 10. Deon Barton (22. Murad Hüseynov, dəq.90+2), 14. Veselko Trivonoviç, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Luiz Hilario
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov
Baş məşqçi: Toni Adams
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov (14. Orxan Səfiyaroğlu, dəq.73), 3. Usim Nduka (20. Mansur Limani, dəq.46), 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 11. Zohair Benouahi, 7. Tərlan Xəlilov (10. Nuqzar Kvirtiya, dəq.66), 88. Ervin Bulku, 17. Viktor İqbekoyi, 19. Hüseyn Axundov, 25. Ruis Kristian
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elşən Məmmədov, 9. Vüsal Qarayev, 22. Elgün Abbaslı
Baş məşqçi: Elxan Abdullayev
Turnir cədvəli
| 1 | Xəzər Lənkəran | 3 | 3 | 0 | 0 | 8-2 | 9 |
| 2 | Qəbələ | 3 | 1 | 2 | 0 | 3-2 | 5 |
| 3 | AZAL | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
| 4 | Turan | 3 | 1 | 0 | 2 | 4-5 | 3 |
| 5 | Neftçi | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 6 | Qarabağ | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 7 | İnter | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
| 8 | Kəpəz | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
| 9 | Simurq | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
| 10 | Bakı | 2 | 0 | 2 | 0 | 0-0 | 2 |
| 11 | Rəvan | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |
| 12 | Sumqayıt Şəhər | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı