Qəbələ və Zaqatalada qalib müəyyənləşmədi (YENİLƏNİB)

Qəbələ və Zaqatalada qalib müəyyənləşmədi (YENİLƏNİB)
PREMYER LİQA 19 Avqust 2011 / 21:53 6910
-  A +

Bu gün Premyer Liqada III turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ən maraqlı oyunu Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası doğma meydanda AZAL-la üz-üzə gəlib. İki oyundan dörd xal toplayan meydan sahibləri bu görüşün favoriti hesab olunurdular. Komandanın cari mövsümdə qarşısına ciddi hədəflər qoyulduğunu nəzərə alsaq, “Qəbələ”nin meydana qələbə üçün çıxacağını söyləmək olardı.

Lakin bu görüş "Qəbələ" üçün heç də yaxşı başlamayıb. Matçın 10-cu dəqiqəsində komandanın kapitanı Mahir Şükürov rəqib oyunçuya bilərəkdən zərbə endirdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub. Azlıqda qalan "Qəbələ" ilk hissənin sonlarında qapısında qol görüb. 

Lakin Toni Adamsın komandası ikinci hissənin əvvəlində hesaba tarazlıq gətirib. Bundan sonra oyunda qol olmayıb. Daha doğrusu, matçda AZAL 84-cü dəqiqədə fərqlənsə də, hakim qərarını dəyişərək qolu qeydə almayıb və görüş 1:1 hesabı ilə başa çatıb.
 
Günün ikinci matçında “Simurq” Zaqatalada “Rəvan”ı qəbul edib. Bir məğlubiyyət və bir heç-heçə ilə aktivində 1 xal olan meydan sahibləri görüşə olduqca ciddi hazırlaşmışdılar. Ötən həftə paytaxtda “Bakı” ilə bərabərə qalaraq, turun sensasiyasına imza atan zaqatalalılar “Rəvan”ı məğlub etməklə ilk qələbələrini qazanmaq niyyətində idi.

Lakin Sergey Yuranın komandası bu vəzifənin öhdəsindən gələ bilməyib. Matçın 82-ci dəqiqəsində hesabda önə keçən Zaqatala təmsilçisi bu üstünlüyünü sonadək qoruya bilməyib. "Rəvan" oyuna əlavə edilmiş 3-cü dəqiqədə bərabərlik qolunu vurmağa nail olub - 1:1.

Qeyd edək ki, III turun digər oyunları sabah və birigün keçiriləcək.


19 avqust (cümə)


Premyer Liqanın III turunun görüşləri

20:00. "Simurq" - "Rəvan" - 1:1
19 avqust 2011. Saat 20:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Samir Hacıyev
Dördüncu hakim: Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Qərib İbrahimov, 27 (bilərəkdən əl ilə oyun); Vasili Yanotovski, 34 (qeyri-idman hərəkəti); Elçin Xəlilov, 55 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 90+2 (qeyri-idman hərəkəti) // Miloş Zeçeviç, 7 (düşünmədən ayağa zərbə); George Qulordava, 76 (qeyri-idman hərəkəti); Reis Klaudinei, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Elçin Xəlilov, 82 // Ramazan Abbasov, 90+4
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Simurq”: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 8. Qərib İbrahimov, 9. Əli Bağırov (29. Samir Quliyev, dəq.69), 10. Tofiq Mikayılov, 28. Yevgeni Şmakov, 4. Vasili Yanotovskiy, 27. Ramil Sayadov (7. Elçin Xəlilov, dəq.37)(6. Mikayıl Rəhimov, dəq.85).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 23. Ruhid Usubov
Baş məşqçi: Sergey Yuran


“Rəvan”: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç (22. Amid Hüseynov, dəq.88), 7. Reis Klaudinei, 8. Tural Axundov, 10. Angel Gutierrez, 11. Şeriff Suma, 15. Tural Cəlilov (90. Sergey Çernışev, dəq.62), 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 87. George Qulordava (20. Kristian Torres, dəq.80)
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 6. Taqim Novruzov, 13. Fərid Həşimzadə, 16. Fərrux Rəhimov
Baş məşqçi: Bəhmən Həsənov



17:00. "Qəbələ" - AZAL - 1:1
19 avqust 2011. Saat 17:00. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Azər Əsgərov
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr:
Vurğun Hüseynov, 60 (düşünmədən rəqibə ayaqla zərbə) // Ruis Kristian, 58 (rəqibə qarşı kobud oyun); Amil Ağacanov, 85 (qeyri idman hərəkəti); Zohair Benouahi, 86 (qeyri idman hərəkəti)
Qırmızı vərəqə: Mahir Şükürov, 12 (rəqibi başla vurduğuna görə)
Qollar: Deon Barton, 50 // Viktor İqbekoyi, 43
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq. 


“Qəbələ”: 12. Pavels Doroşevs, 3. Vurğun Hüseynov , 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 9. Viktor Mendi (16. Abdulkader Kamara, dəq.58), 10. Deon Barton (22. Murad Hüseynov, dəq.90+2), 14. Veselko Trivonoviç, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Luiz Hilario
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov
Baş məşqçi: Toni Adams

AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov (14. Orxan Səfiyaroğlu, dəq.73), 3. Usim Nduka (20. Mansur Limani, dəq.46), 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 11. Zohair Benouahi, 7. Tərlan Xəlilov (10. Nuqzar Kvirtiya, dəq.66), 88. Ervin Bulku, 17. Viktor İqbekoyi, 19. Hüseyn Axundov, 25. Ruis Kristian
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elşən Məmmədov, 9. Vüsal Qarayev, 22. Elgün Abbaslı
Baş məşqçi: Elxan Abdullayev



Matçın 10-cu dəqiqəsində "Qəbələ"nin kapitanı Mahir Şükürov rəqibin oyunçusu Zohair Benuahiyə arxadan başla zərbə endirdi. Görüşün baş hakimi bu hərəkətinə görə Mahirə birbaşa qırmızı vərəqə göstərərək meydandan qovdu.

Görüşün 84-cü dəqiqəsində AZAL Kristian Ruizlə hesabda önə çıxdı. Bu epizodda futbolçu topu əllə qapıdan keçirdi. Matçın yan xətt  hakimi əvvəlcə qolu hesaba alsa da, sonradan səhvini düzəltdi və qol sayılmadı. Həmin vaxt AZAL-ın futbolçuları qolun qaydalar çərçivəsində vurulduğunu iddia etsələr də, bu, heç nəyi dəyişmədi.



Turnir cədvəli

1 Xəzər Lənkəran 2 2 0 0 5-1 6
2 Qəbələ 3 1 2 0 2-1 5
3 AZAL 3 1 1 1 4-4 4
4 Turan 2 1 0 1 3-2 3
5 Neftçi 1 1 0 0 1-0 3
6 Qarabağ 1 1 0 0 1-0 3
7 İnter 2 1 0 1 1-1 3
8 Kəpəz 2 1 0 1 4-5 3
9 Bakı 2 0 2 0 0-0 2
10 Simurq 3 0 2 1 1-4 2
11 Rəvan 3 0 1 2 3-5 1
12 Sumqayıt Şəhər 2 0 0 2 2-4 0
 

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə