Premyer Liqanın ikinci turuna bü gün keçirilən 5 görüşlə yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci oyun gününün mərkəzi qarşılaşmasında Quzanlıda “İnter”i qəbul edən “Qarabağ” minimal hesablı qələbəyə sevinib.
“Xəzər Lənkəran” isə paytaxtda AZAL-ın qonağı olub. “Təyyarəçilər”ə futbol dərsi keçən Mirça Rednikin komandası rəqibin qapısından 3 cavabsız top keçirib. Bununla da Lənkəran klubu liderliyə yüksəlib.
“Rəvan” – “Neftçi” matçı isə “ilk”lərə şahidlik edib. “Ağ-qaralar” yeni baş məşqçisi Böyükağa Hacıyevin rəhbərliyi altında ilk dəfə “Dalğa Arena”da Premyer Liqanın debütantı ilə üz-üzə gəlib. “Qarabağ” kimi “Neftçi” də Premyer Liqaya qələbə ilə start verib.
Maraqlı görüşlərdən biri də Sumqayıtda baş tutub. Yeni yaranmasına baxmayaraq, ötən turda “Xəzər Lənkəran”a ciddi müqavimət göstərən “Sumqayıt-Şəhər” doğma meydanda Toni Adamslı “Qəbələ”ni sınağa çəkib. Komanda bu görüşdə də pis təsir bağışlamasa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.
Günün son oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Paytaxt təmsilçisi “Bakı” Zaqatala “Simurq”u ilə münasibətlərinə aydınlıq gətirib. Başabaş keçən mübarizədə qapılara qol vurulmayıb. Əyalət təmsilçisi bu nəticə ilə II turun sensasiyasına imza atıb.
14 avqust (bazar)
Premyer Liqanın II turunun oyunları
21:00. “Bakı" - "Simurq” 0:0
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
20:00. AZAL – “Xəzər Lənkəran” 0:3
Qollar: Adrian Pit, 12, Emeka Opara, 60,75
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
18:00. “Qarabağ” – “İnter” 1:0
Qol: Rauf Əliyev, 52
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə stadionu
18:00. “Rəvan” – “Neftçi” 0:1
Qol: Bahodir Nasimov, 17
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu
18:00. “Sumqayıt Şəhər” – “Qəbələ” 1:2
Qollar: Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Kruz, 42
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Turnir cədvəli
| 1 | Xəzər Lənkəran | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
| 2 | Qəbələ | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | Turan | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
| 4 | Neftçi | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 5 | Qarabağ | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 6 | AZAL | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| 7 | İnter | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
| 8 | Kəpəz | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
| 9 | Bakı | 2 | 0 | 2 | 0 | 0-0 | 2 |
| 10 | Simurq | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
| 11 | Rəvan | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
| 12 | Sumqayıt Şəhər | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?