Yubiley çempionatının ilk turuna yekun vuruldu

PREMYER LİQA 7 Avqust 2011 / 21:50 12315
-  A +

Premyer Liqanın ilk turu bu gün keçirilən iki oyunla yekunlaşıb. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə “Qəbələ” “Bakı”nı, “Simurq” isə Zaqatalada AZAL-ı qonaq edib.

Günün ilk matçı Qəbələdə start götürüb. FİFA referisi Fariz Yusifov idarə etdiyi görüşdə “Qəbələ” və “Bakı” üz-üzə gəlib. İlk dəqiqələrdən rəqibi təzyiq altında saxlayan Toni Adamsın komandası üstün oyun göstərməsinə baxmayaraq, matç heç-heçə başa çatıb.

Birinci tura Zaqatalada yekun vurulub. Sergey Yuranlı “Simurq” doğma meydanda AZAL-ı sınağa çəkib. Bu görüş həm zaqatalalılar, həm də AZAL üçün əlamətdar olub. Çünki hər iki komanda çempionata yeni baş məşqçiləri ilə start verib.
Matça gəlincə, qarşılaşma AZAL-ın böyükhesablı qələbəsi ilə (3:0) başa çatıb. “Təyyarəçilər” yeni baş məşqçiləri ilə çempionata uğurlu başlayıblar.

Qeyd edək ki, 20-ci Azərbaycan çempionatına dünən start verilib.



Premyer Liqa, 1-ci tur

7 avqust


20:00. "Simurq" - AZAL 0:3
7 avqust 2011. Saat 20:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Elman Musayev, Zeynal Zeynalov
Dördüncu hakim: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Rüstəm Məmmədov, 40; Qərib İbrahimov, 83 // Viktor İqbekoyi, 13; Aqil Nəbiyev, 83
Qırmızı vərəqələr: Aleksandr Şemonayev, 67 // Viktor İqbekoyi, 40
Qollar: Zohair Benouahi, 17; 46; Rasim Ramaldanov, 90+3 (avtoqol)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.


“Simurq”: 32. Adnan Hodziç, 17. Rüstəm Məmmədov, 3. Rasim, Ramaldanov (k), 13. Aleksandr Şemonayev, 6. Mikayıl Rəhimov, (77. Daniel Genov, dəq.59), 2. İlkin Qırtımov, 8. Qərib İbrahimov, 10. Tofiq Mikayılov, 7. Elçin Xəlilov, 9. Əli Bağırov (27. Ramil Sayadov, dəq.71), 28. Yevgeni Şmakov
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 23. Ruhid Usubov, 15. Anar Həsənli, 29. Samir Quliyev
Baş məşqçi: Sergey Yuran

AZAL: 12. Cahangir Həsənzadə, 10. Nuqzar Kvirtiya, 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 7. Tərlan Xəlilov, 11. Zohair Benouahi (22. Elgün Abbaslı, dəq.80), 17. Viktor İqbekoyi, 88. Ervin Bulku, 20. Mansur Limani, 9. Vüsal Qarayev (19. Hüseyn Axundov, dəq.73), 24. Enyo Krastovçev (8. Elşən Məmmədov, dəq.69)
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 3. Usim Nduka, 2. Robert Petrov, 14. Orxan Səfiyaroğlu
Baş məşqçi: Elxan Abdullayev



"QƏBƏLƏ" - "BAKI" - 0:0

7 avqust 2011. Saat 18:00. Qəbələ şəhər stadionu. 5000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Mübariz Haşımov
Dördüncu hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Veselko Trivonoviç, 75; Luiz Hilario, 90+2 // Deniss İvanovs, 43; İbrahim Karqbo, 64; Aleksey Savinov, 72; Novruz Məmmədov, 83
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Qəbələ”: 12. Pavels Doroşevs, 2. Veselko Trivonoviç, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 9. Viktor Mendi
10. Deon Barton (22. Murad Hüseynov, dəq.75), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopes Kruz, 77. Luiz Hilario
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 15. Nodar Məmmədov,
16. Abdulkader Kamara, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov,
33. Saşa Yunisoğlu
Baş məşqçi: Toni Adams

“Bakı”: 1. Marko Şarlija (k), 3. Deniss İvanovs, 6. İbrahim Karqbo
7. Deividas Çesnauskis, 9. Maris Verpakovskis (99. Rəhman Hacıyev, dəq.87), 11. Elvin Məmmədov, 14. Elvin Əliyev, 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 36. Uinston Parks
(20. Fabio Luis Ramim, dəq.60), 77. Aleksandar Soliç (4. Vadim Borets, dəq.64)
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 15. Cəmşid Məhərrəmov,
19. Nurlan Novruzov, 25. Şəhriyar Əliyev
Baş məşqçi: Aleksandr Starkov


6 avqust

"XƏZƏR LƏNKƏRAN" - "SUMQAYIT ŞƏHƏR" - 2:1
6 avqust 2011. Saat 20:00. Lənkəran şəhər stadionu. 8000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Rahil Ramazanov
Dördüncu hakim: Elçin Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qollar: Emeka Opara, 33; Julius Vobay, 42 // Eşqin Quliyev, 84
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Xəzər Lənkəran”: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 7. Katalin Doman, 8. Eder Bonfim, 10. Elnur Abdullayev (18. Alim Qurbanov, dəq.48), 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara
(3. Elvin Begiri, dəq.80), 16. Adrian Pit, 81. Rikardo Qomes, 84. Julius Vobay (23. Şəhriyar Xəlilov, dəq.71)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 44. Fikrət Ulduzlu, 72. Elvin Mirzəyev
Baş məşqçi: Mirça Rednik

“Sumqayıt Şəhər”: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 22. Ruslan Tağızadə, 16. Hacı Əhmədov, 2. Slavik Alxasov, 11. Kamil Nurəhmədov,
10. Eşqin Quliyev, 19. Orxan Əliyev (5. Ramil Nuriyev, dəq.90+1), 8. Emin Mustafayev, 7. Rəşad Kərimov (17. Aqil Məmmədov, dəq.61), 90. Eldar Məmmədov (95. Ruslan Nəsirli, dəq.77)
Ehtiyat oyunçular: 1. Emil Balayev, 77. Samir Yusifov, 70. Şamil Camaləddinov, 15. Aleksandr Qross
Baş məşqçi: Bernhard Raab

"İNTER" - "TURAN"  - 1:0

6 avqust 2011. Saat 20:00. “Şəfa” stadionu. 500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Azər Əsgərov
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Elnur Abdulov, 35; Asif Məmmədov, 88 // Hafiz Əliyev, 19; Ramal Hüseynov, 39
Qol: Elnur Abdulov, 54
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“İnter”: 1. Georgi Lomaya (k), 44. Valeri Abramidze, 10. Asif Mirili, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (23. Şəhriyar Rəhimov, dəq.83), 16. Elnur Abdulov (8. Nizami Hacıyev, dəq.58), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Petar Chrappan, 28. Baçana Sxadadze (20. Girts Karlsons, dəq.68)
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 7. Ruslan Poladov, 30. Danildo Assioli
Baş məşqçi: Kaxaber Sxadadze

“Turan”: 30. Ramil Kərimov, 3. Aftandil Hacıyev, 6. Aleksandr Dubileviç,
7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev (26. Georgi Çediya, dəq.60),
11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberaşvili, 18. Hafiz Əliyev
(25. Martin Kerçev, dəq.29), 20. Azər Məmmədov (15. Namiq Əliyev, dəq.85), 21. Rəşad Orucov, 24. Sergey Artyux
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 5. Ayxan Abbasov, 19. Ruslan Abbasov, 22. Məhərrəm Müslümzadə
Baş məşqçi: Əsgər Abdullayev

"KƏPƏZ" - "RƏVAN" - 3:2

6 avqust 2011. Saat 18:00. Gəncə şəhər stadionu. 5200 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Yaşar Abbasov
Dördüncu hakim: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Ceyhun Sultanov, 57; Junivan Suares, 73; Elşən Poladov, 76 // Con Pelu, 85; Taqim Novruzov, 90+1
Qollar: Junivan Suares, 60; Ceyhun Sultanov, 85; 88 // Con Pelu, 37; Miloş Zeçeviç, 77 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Kəpəz”: 88. Elşən Poladov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev (8. Armand Feutchine, dəq.59), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 17. Renat Sultanov
(9. Xəyal Qarayev, dəq.86), 18. Nikolay Svejintsev, 19. Zaur Əsədov (23. Junivan Suares, dəq.55), 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 7. Asəf Qədiri, 15. Şahin Kərimov, 33. Təbriz Hüseynli
Baş məşqçi: Mehman Allahverdiyev

“Rəvan”: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç,
6. Taqim Novruzov, 7. Reis Klaudinei (18. Samuel Barlay, dəq.80),
8. Tural Axundov, 9. Con Pelu, 10. Angel Gutierrez (15. Tural Cəlilov, dəq.60), 11. Şeriff Suma, 17. Ramazan Abbasov, 87. George Qulordava (20. Kristian Torres, dəq.65)
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 13. Fərid Həşimzadə, 14. Elxan Cəbrayılov, 90. Sergey Çernışev
Baş məşqçi: Bəhmən Həsənov

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə