Bahadır Nəsimov: "Qarabağ"la oyuna ciddi hazırlaşırıq"

Bahadır Nəsimov: "Qarabağ"la oyuna ciddi hazırlaşırıq"
PREMYER LİQA 1 Avqust 2011 / 19:33 3806
-  A +

“Neftçi”nin özbəkistanlı hücumçusu Bahadır Nəsimov klubun düşərgəsinə qayıdıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nasimov Özbəkistan yığmasının heyətində keçirdiyi oyunlarla bağlı fikirlərini bildirib: “Milli komandada 2 qol vurduğum üçün qürur hissi keçirirəm. Amma əsas mənim qol vurmağım deyil, komandanın qələbəsdir. Qırğızıstan səddini keçərək, dünya çempionatının seçmə mərhələsinin qrupuna vəsiqə qazandıq. Hazırda çox yüksək əhval-ruhiyyədəm. İndi yığmada da daim əsas heyətdə yer almaq üçün çalışacağam. Oyunlardan sonra 2 gün dincəlmişəm, yorğunluğum çıxıb. Bu gündən "Neftçi"nin məqşlərində iştirak edəcəm. "Qarabağ"la oyuna ciddi hazırlaşırıq. Mövsümə qələbə ilə başlamaq niyyətindəyik. İnşallah, buna nail olacağıq”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner