AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu gün verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, o, "Neftçi" və "Xəzər Lənkəran"ın Avropa kuboklarındakı məğlubiyyətlərinə görə hakimləri ittiham edib. Bildirib ki, hər iki oyunda hakimlər nəticəyə təsir edən səhvlərə yol veriblər.
Xüsusilə «Xəzər Lənkəran» haqda danışan Məmmədov "Makkabi"nin "Xəzər Lənkəran"ın qapısına 3-cü qolu qayda pozuntusundan vurduğunu söyləyib: "Bu epizodda top qapıçının nəzarətində idi. İsrail klubu qayda pozuntusuna yol verərək, qol vurdu".
X.Məmmədov ikinci hissənin ortalarında "Xəzər Lənkəran"ın futbolçusu Emeka Oparaya qarşı cərimə meydançasında qayda pozuntusu olduğunu və yunanıstanlı referinin penalti təyin etməli olduğunu qeyd edib: "Qəti şəkildə bildirim ki, həmin epizodda qayda pozuntusu var idi. "Makkabi"nin oyunçusu Oparanın ayağına təmas göstərmişdi. Hakim tərəddüd etmədən onbirmetrlik cərimə zərbəsi təyin etməli idi".
Qeyd edək ki, Xaqani Məmmədovun bu açıqlaması onunla diqqət cəlb edir ki, o, ən azı son bir ildə ilk dəfədir «Xəzər Lənkəran»ın oyunundakı hakim səhvlərinə görə referini günahlandırır. Amma təbii ki, «Xəzər Lənkəran»ın oyununu Məmmədovun tabeçiliyindən olan hakimlər idarə etməyib, ona görə də AFFA-nın Hakimlər Komitəsinin sədri əcnəbilər haqda nə istəyirsə, onu da danışır. Əlbəttə, buna görə Məmmədov yəqin ki, klubların qarşısında xal qazacağını düşür. Amma nahaq.
Çünki başqası yox, məhz elə Xaqani Məmmədovun birbaşa tapşırığıyla bəzi hakimlərimizin ölkə çempionatında «Xəzər Lənkəran»a qarşı hansı hoqqalardan çıxdığı hələ də unudulmayıb.
AFFA və PFL hakimlərimizin xaricdə təlim-məşq toplanışı keçməsi üçün hər cür şərait yaradır, amma gəlin görək hakimlər bunun qarşılığını verə bilirmi? Yox! Hakimlər haqda narazılıq nəinki bitmir, əksinə daha da çoxalır.
Bu mənada, yaxşı olardı ki, hərdən Xaqani Məmmədov azərbaycanlı hakimlərin «Xəzər Lənkəran»ın oyunundakı biabırçılıqlarını da xatırlasın, bu gün verdiyi dəyərli məsləhətlərini öz hakimlərindən də əskik etməsin və özündə ürək tapıb cənub təmsilçisinin bəzi oyunlarında hakimlərin nəticəyə təsir edən səhvlərinə də etiraf etsin.
ELGÜN
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?