"Bakı"nın düşərgəsində 5 yeni futbolçu

"Bakı"nın düşərgəsində 5 yeni futbolçu
PREMYER LİQA 16 İyul 2011 / 00:16 3541
-  A +

Qarşıdan gələn mövsümün hazırlıqlarını paytaxtda davam etdirən “Bakı” öz təlim-məşq bazasında ikitərəfli oyun keçirib.

Qol.Az-ın məlumatına görə, bir neçə yeni futbolçuların da dəvət olunduğu oyunda komanda sarı və qırmızı olmaqla iki hissəyə bölünüb.
 
Hər hissəsi 20 dəqiqə olmaqla 3 hissədən ibarət oyun qırmızıların 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bu oyunda 5 yeni futbolçu baxışdan keçirilib.

Bu futbolçulardan ikisi əvəzedici komandanın üzvü Raul Yaqubzadə və Eltun Hüseynovdu. Digər üç futbolçu isə Zabit Səfərov, Vasif Əliyev və İlqar Abdurəhmanov idi.
 
Onu da qeyd edək ki, cərrahiyyə əməliyyatından qayıdan və fərdi məşqlər edən Əziz Quliyev oyunda iştirak etməyib.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu