Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı

Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı
ÖLKƏ FUTBOLU 6 Noyabr 2026 / 12:25 356
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn və yoldaşlıq oyunu çərçivəsində  Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

QOL.az AFFA-nın saytına istinadən 27 nəfərlik siyahıda İtaliyanın B seriyası təmsilçisi "Sampdoriya" klubunda çıxış edən Lorenzo Mezzotero da var. Daha əvvəl Azərbaycanın U-21 millisinə çağırılan 18 yaşlı hücumçu ilk dəfə əsas yığmaya dəvət alır.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)

Yarımmüdafiəçilər: Ceyhun Nuriyev (“Araz-Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov (“Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Vüsal İsgəndərli (“Malisheva”, Kosovo), 

Hücumçular: Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov (“Bukovina”, Ukrayna), Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya)

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də Lixtenşteynlə, noyabrın 16-da isə Andorra yığması ilə qarşılaşacaq. Hər iki görüş səfərdə keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
05.11.26  00:55

Amorim narazıdır

topaz banner