Azərbaycan cüdoçusu yarımfinalda - Yenilənir

Azərbaycan cüdoçusu yarımfinalda - Yenilənir
CÜDO 7 Oktyabr 2026 / 14:53 1702
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın dördüncü günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparır. 

81 kq

Zelim Tskaev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Viktor Sterpunu (Moldova) ipponla məğlubiyyətə uğradıb. 1/8 finalda Tskayevin rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzar Tatalaşvili olub. Zelim qələbə qazanaraq 1/4 finala yüksəlib. O, bu mərhələdə Casse Mattihasa (Belçika) qalib gələrək yarımfinala vəsiqə qazanıb.O, 1/2 finalda Abılayxan Jabanazarla (Qazaxıstan) üz-üzə gələcək.

Ömər Rəcəbli – ilk mərhələdən azaddır. O, 1/16 finalda Sibqatullah Arabı (Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışır) ipponla məğlub edib. Ömər 1/8 finalda Morodjon Yuldaşevlə (Özbəkistan) üz-üzə gəlib və qalib gəlib. O, 1/4 finalda Mihaylo Siminlə (Serbiya) görüşüb və məğlub olub. O, təsəlliverici görüşdə iştirak edəcək.

Vüsal Qələndərzadə 1/32 finalda Xristo Valkova (Bolqarıstan) ipponla qalib gələrək 1/16 finala yüksəlib. O, bu mərhələdə  isə Saad Dikayevə (Estoniya) qalib gəlib. Vüsalın 1/8 finalda rəqibi Abılayxan Jabanazar (Qazaxıstan) olub. Cüdoçumuz bu görüşdə uduzaraq mübarizəni başa vurub.

63 kq

Hanna Zaytseva – ilk mərhələdən azaddır. O, 1/16 finalda Anna Kriza (Macarıstan) ilə üz-üzə gəlib və uduzub.

2 medalımız var

Hazırda Azərbaycan millisinin aktivində 2 medal (1 qızıl, 1 bürünc) var. Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner