Heyətini yeniləyən və bu mövsüm də çempionluq üçün mübarizə aparan "Qarabağ"ın iki futbolçusu ilə bağlı yeni xəbər var.
Bu haqda QOL.az saytına klubdan məlumat daxil olub.
Bizə çatan xəbərə görə, Ağdam təmsilçisinin yeni transferlərindən olan hücumçu Zakaria Savo artıq məşqlərə başlayıb. Qambiyalı futbolçu iyulun 30-u SSKA-ya (Bolqarıstan) qarşı Sofiyada keçirilən UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında zədə almış, o vaxtdan bəri komandasının vacib oyunlarını buraxmalı olmuşdu.

Təxminən 5 həftəlik fasilədən sonra Savo artıq hazırlıq prosesinə qoşulub. Düzdür, o, hələ tam hazır vəziyyətdə olmadığından dünən "Araz Naxçıvan"a qarşı keçirilmiş Misli Premyer Liqasının 4-cü tur matçında heyətdə yer almayıb. Amma ola bilsin, biz bu həftə Savonun adını "Zirə"yə qarşı 5-ci tur oyununun (13 sentyabr) iştirak ərizəsində görə bilək.
"Qarabağ" azarkeşləri üçün məyusedici xəbər isə Bəhlul Mustafazadə ilə bağlıdır.

Bu ilin fevralında üzləşdiyi zədə səbəbindən 6 ay oynamayan 27 yaşlı mərkəz müdafiəçisi yenə yaşıl meydanlardan kənarda qala bilər. Saytımıza məlum olub ki, Mustafazadənin ayağının əməliyyat olunan hissəsində problem yaranıb. Mümkündür o, müayinə olunmaq üçün yenidən ölkə xaricinə üz tutsun. Bu halda, Mustafazadə daha bir neçə matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, B.Mustafazadə bu mövsüm cəmi 1 oyunda - "Şamaxı" ilə çempionatın 1-ci tur matçında iştirak edə bilib.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
39 yaşlı Ceymi Vardi İngiltərə çempionatına qayıtdı
Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
Luis Enrikenin maaşı artırıldı
Osimhen sıradan çıxdı
“Turan Tovuz” - “Sumqayıt”: Heyətlər
Azarkeşlə dalaşdı, cəzalana bilər
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü - Şəkillər
Əlcəzair millisində yeni baş məşqçi
Krivotsyukun komandası darmadağınla qalib gəldi
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil
İstanbul derbisində ölüm
Nani cüdo fəndi ilə rəqibini yerə sərdi - Video
Tramp DÇ-2026-nın ABŞ-a qazandırdığı məbləği açıqladı
"Neftçi" - "Şəfa" matçındakı 5 qol - Video