Krivotsyukun komandası darmadağınla qalib gəldi

Krivotsyukun komandası darmadağınla qalib gəldi
XƏBƏR 6 Sentyabr 2026 / 15:22 1641
-  A +

Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Buçeon”la qarşılaşıb və 5:0 hesablı qələbə qazanıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.

“Daejeon” 35 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

topaz banner