Gəncə şəhər stadionunda anşlaq

Gəncə şəhər stadionunda anşlaq
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2026 / 11:41 516
-  A +

Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz" və "Şamaxı" komandaları arasında Gəncə Şəhər Stadionunda keçirilən oyunda azarkeş sayına görə 2026/27 mövsümünün yeni rekordu qeydə alınıb.

QOL.az xəbər verir ki, bu haqda "Kəpəz"in saytı məlumat yayıb.

Belə ki, sözügedən qarşılaşmanı 15 min tamaşaçı stadiondan izləyib.

Xatırladaq ki, cari çempionatda buna qədərki rekord da gəncəli azarkeşlərlə bağlı idi. Avqustun 30-da "Turan Tovuz"la görüşdə tribunalarda 13500 futbol həvəskarı yer almışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner