Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil

Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 12:35 765
-  A +

“Real”ın futbolçusu Vinisius Junior La Liqanın 4-cü turunda “Betis”lə oyundan sonra baş məşqçi Joze Mourinyonu görməzdən gəlib.

QOL.az xəbər verir ki, sözügedən görüşdə Madrid klubu “Betis”ə 0:1 hesabı ilə uduzub.

Oyundan sonra Mourinyo Vinisiusun yanına yaxınlaşıb və onunla danışmaq istəyib. Portuqaliyalı mütəxəssis braziliyalı hücumçunun əlindən tutsa da, Vinisius ona məhəl qoymayaraq yoluna davam edib. Ardınca futbolçu komanda yoldaşlarından biri ilə əl sıxıb.

Hadisə ilə bağlı tərəflərdən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, 4 turdan sonra "Real" 9 xalla 2-ci pillədə qərarlaşıb.

Vinisius mövsümün ilk 4 oyununda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner