Luis Enrikenin maaşı artırıldı

Luis Enrikenin maaşı artırıldı
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 17:40 430
-  A +

PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalayıb. Sənədin şərtlərinə əsasən ispaniyalı mütəxəssisin maaşı əhəmiyyətli dərəcədə artıb.

QOL.az “L’Équipe”ə istinadən xəbər verir ki, 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqaviləyə görə, Luis Enrike vergilərlə birgə bir mövsümə 20 milyon avro qazanacaq.

Onun əvvəlki illik maaşı 12 milyon avro idi.

PSJ rəhbərliyi hesab edir ki, yeni maaş Luis Enrikenin hazırkı statusuna uyğundur. Klubun prezidenti Nasser Əl-Xelaifi isə ispaniyalı mütəxəssisi “dünyanın ən yaxşı məşqçisi” adlandırır.


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner