Mehman Hacıyev vəfat etdi

Mehman Hacıyev vəfat etdi
XƏBƏR 7 Sentyabr 2026 / 10:30 735
-  A +

Azərbaycan futbolunda ağır itki üz verib.

QOL.az xəbər verir ki, "Kəpəz"in veteran futbolçusu Mehman Hacıyev vəfat edib. Bu haqda Gəncə klubunun mətbut xidməti məlumat yayıb.

52 yaşında gözlərini əbədi yuman M.Hacıyev "sarı-göylər"in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub. O, “Kəpəz”in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.

M.Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib. O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-2013-cü illər), daha sonra isə əsas komandada çalışıb.

"Kəpəz" mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner