UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubuna minimal hesabla (1:2) məğlub olan "Sabah"ın hücumçusu Velko Simiç qarşılaşmadan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, Rumıniyadakı matçda komandasının yeganə qoluna imza atan serbiyalı futbolçu "İctimai TV"yə açıqlamasında cavab oyunundan ümidli olduğunu bildirib: “Ola bilər ki, bu, bizim ən yaxşı oyunlarımızdan biri deyildi. Amma hər şey ikinci oyundan asılıdır, ümumi nəticə hələ bəlli deyil. Sözsüz ki, oyunumuzda inkişaf etdirməli olduğumuz məqamlar var”.
Həmçinin oxuyun: “Bir həftə ərzində səhvlərimizi düzəltməliyik” - Dambrauskas
29 yaşlı hücumçu Çempionlar Liqasında qol vurmağın sevindirici olduğunu, lakin komandanın uğurunu hər şeydən üstün tutduğunu vurğulayıb: “Bu mərhələdə qol vurmaq möhtəşəm hissdir. Lakin mənim üçün qollardan da önəmlisi komandanın nəticəsidir. Əgər Bakıda yaxşı oyunla Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsək, bu mənim üçün qollardan daha böyük mükafat olacaq”.
Təcrübəli futbolçu avqustun 25-də Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi azarkeşlərə də çağırış edib: “Biz qarşıdakı oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizi stadiona gəlib tribunaları doldurmağa çağırıram. Onların dəstəyi ilə yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.
Qeyd edək ki, "Sabah" və "Hapoel" arasındakı həlledici cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər