Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Neftçi" "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyundan sonra keçirilən mətbuat konfransında oyun fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.
- “Neftçi”nin oyunu sizi nə dərəcədə qane etdi?
- Azərbaycan Premyer Liqasının başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis təsir bağışlamamışdı. Yayda komandada çoxlu dəyişikliklər olub, bir çox futbolçu gedib, yeniləri gəlib. Bu səbəbdən onların bu yay necə oynadıqları barədə çox məlumatımız yox idi. “Şamaxı” ilə keçirdikləri yoxlama oyunundan xəbərdar idik. Həmin matçda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu oyundan əvvəl öyrəndik.
Amma əsas məsələ bizim futbolçularımızın nə üçün oynadığımızı bilməsidir. Oyunumuz alındı, daha çox qol da vura bilərdik. Sadəcə, yaratdığımız imkanlardan istifadə edə bilmədik. Bir qol da buraxdıq və belə qol buraxmamalı idik. Ümumilikdə oyundan, futbolçuların çıxışından və nəticədən razıyam. Ən önəmlisi isə mövsümə qələbə ilə başlamağımızdır.
- Rəqib azlıqda qaldıqdan sonra daha aktiv görünürdü. Bunu nə ilə əlaqələndirərdiniz?
- “Sumqayıt”ın vurduğu qoldan başqa hansı təhlükəli epizodunu xatırlayırsınız? Varsa, mənə də xatırladın. Biz yaratdığımız fürsətlərdən istifadə etsəydik, hesab tamamilə başqa cür ola bilərdi.
“Sumqayıt” pis komanda deyil. Onlar hər zaman turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparırlar. Azərbaycan Premyer Liqasında bir-birinə yaxın səviyyədə olan çoxlu komandalar var. “Turan Tovuz”un “Qəbələ” ilə oyununa baxın. “Turan Tovuz”un artıq oturuşmuş heyəti var, “Qəbələ” isə yeni komanda formalaşdırıb. Buna baxmayaraq bəzi epizodlarda fərqlənə bilərdilər.
- Qutsulyakın “Neftçi”yə keçəcəyi deyilir. Onunla danışmısınız? Komandaya gəlmək ehtimalı nə qədərdir?
- Bu məlumatı haradan əldə etmisiniz? Bir neçə futbolçu var ki, onlarla maraqlanırıq. Bunlar daha çox agentlərin işidir, futbolçuların qiymətini artırmaq üçün belə məlumatlar yayırlar. Mənim bu barədə məlumatım yoxdur. Nəsə olsa, deyə bilərəm.
Qutsulyaka gəlincə, çox yaxşı futbolçudur. Ukrayna millisində də çıxış edib. Yaxşı vingerdir, sürəti var. “Neftçi”də oynamaq istəsəydi, onun transferindən imtina etməzdim.
- Moldova mətbuatının məlumatına görə, “Şerif” rəhbərliyi də sizinlə əlaqə saxlayıb və komandaya dəvət edib.
- Bunu ilk dəfə sizdən eşidirəm. Mənim “Neftçi” ilə müqaviləm var və burada hər şeydən razıyam. Tez-tez komanda dəyişən məşqçi deyiləm. Müqaviləmə uyğun olaraq işimi davam etdirirəm.
Hətta böyük məbləğdə pul təklif olunsa belə, getmərəm. Mən pulun arxasınca qaçan insan deyiləm. Mənim üçün işim və müqaviləm önəmlidir. Hazırkı qazancım da məni qane edir. Ailəm var, gəlirim hamımız üçün kifayətdir. Qardaşım, bacım, nəvələrim var. Bu gün qazandığım məbləğ məni qane edir. Böyük pul təklif olunsa belə, sırf buna görə komandamı dəyişmərəm.
- Kenan Piriç komandadan ayrılıb, yoxsa ayrılacaq?
- Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik və bu istiqamətdə işlərimizi davam etdiririk. Öz oyun üslubumuza uyğun futbolçular axtarırıq. Bəzən oyunçuların maliyyə tələbləri yüksək olur, amma inanıram ki, istədiyimiz futbolçuları tapacağıq.
Biz öz əziyyəti ilə pul qazanmağa üstünlük verən futbolçuları komandaya gətirmək istəyirik. Bu gün heyətimizdə yerli futbolçular da var. Bu, eyni zamanda milli komandanın formalaşmasına da öz töhfəsini verəcək. Hər bir futbolçu üzərində ciddi çalışır. Biz də istəyirik ki, onlar yaxşı nəticələr ortaya qoysunlar.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz