"Çox danışılası bir şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab oyununa hazırlaşmalıyıq".
QOl.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə keçirilən ilk oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
O, səfərdə keçirilən və 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi. Bir az sürəti artırmalı idik. Bəlkə də, hava şəraiti imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədik. Bakıya qayıdandan sonra oyunu tam analiz edəcəyik və cavab matçına hazırlaşacağıq".
- Bu gün futbolumuzda əsas problemlərdən biri odur ki, yerli oyunçular azdır. Yerli futbolçuların azlığı və uşaq futbolunda infrastruktur problemləri ilə bağlı nə deyə bilərsiniz?
- Legioner limitinin ləğvi ilə bağlı Azərbaycan futbolunda müəyyən bir proqram və layihə icra olunur. Bunun özünü nə dərəcədə doğruldacağını görmək üçün bir az vaxt lazımdır. Ümumilikdə klublarımız Avropa turnirlərində heç də pis çıxış etmir, bir xeyli qələbələrimiz var, amma hazırda bu geniş və uzun mövzuya ətraflı cavab verə bilməyəcəyəm.
- Məğlubiyyətin əsas səbəbi nə oldu?
- Səbəblər demək olar. Kiçik bir texniki səhv oldu və qol buraxdıq. Ümumi olaraq müdafiədə heç də pis davranmadıq. Hücum xəttində bir az aqressivlik çatmadı.
- Abdullah Zubir heç də yaxşı formada deyildi və bəlkə də bu gün ən pis oyunlarından birini keçirdi. Zubiri bu gün təcrübəsinə görə oynatdınız, yoxsa oyuna hazır hesab etdiniz?
- Bu gün 11-likdə Zubirə ehtiyac var idi. Bir neçə hücumumuz Zubirin vasitəsilə qurulmalı idi. Düzdür, 1-2-si alınsa da, tam alınmadı, amma hər bir halda Zubiri ilk 11-likdə düşünmüşdüm. Hansısa bir səbəb yoxdur. Sonda azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə burada dəstək verdilər.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə