“PAOK-la oyunlardan əvvəl “Dinamo”nu kifayət qədər yaxşı komanda sayırdım. Amma həmin matçlardan sonra fikrim dəyişdi. “Qarabağ”ın gücünü bilirəm və hesab edirəm ki, iki oyunun yekununda qalib gəlmək şansı daha çox olan tərəf məhz onlardır. Üstəlik, komanda gözlənilmədən Avropa Liqasında Bolqarıstan SSKA-sına uduzaraq mübarizəni dayandırdı. Buna görə də daha əsəbi və motivasiyalı olacaq”.
QOL.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın ukraynalı sabiq baş məşqçisi Andrey Demçenko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” oyunları barədə fikirlərini bölüşərkən deyib.
Ukraynanın ua-football.com saytına danışan 49 yaşlı mütəxəssis “Dinamo”nun baş məşqçisinə məsləhət verib:
“Dinamo”nun baş məşqçisinə tövsiyə edərdim ki, ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”ın “Nyukasl”la keçirdiyi oyuna baxsın. Çox nümunəvi matçdır. Orada komandanın bütün zəif cəhətlərini görmək olar”.
O, “Qarabağ”ın üstünlüklərindən də danışıb: “Komandanın fərdi keyfiyyətləri yüksək olan çoxlu futbolçusu var. Üstəlik, komanda oyunu da əla qurulub. Qurban Qurbanovun futbolçuları həm topla, həm də topsuz nə etməli olduqlarını yaxşı bilirlər. Hücum xəttində fərdi bacarığı hesabına oyunun taleyini həll edə bilən texnikalı futbolçular çıxış edir. Əksər matçlarda bir nömrə ilə oynamağa və yüksək pressinq tətbiq etməyə çalışırlar. Dinamik və xarakterli komandadırlar. Ötən mövsüm “Sabah”a 0:3 hesabı ilə uduzduqları oyunu 3:3-ə çevirə bildilər. Əgər “Qarabağ” rəqibin zəif yerini tapsa, onu çətin anlar gözləyəcək”.
Demçenko bildirib ki, “Qarabağ” özü kimi yüksək pressinq tətbiq edən rəqiblərə qarşı oynamağı sevmir:
“Qurban Qurbanov Kostyukdan ("Dinamo"nun baş məşqçisi İqor Kostyuk nəzərdə tutulur - red.) qat-qat təcrübəlidir. O, uzun illərdir klubdadır və mövqeyi çox möhkəmdir. Halbuki Kostyukun istefaya göndərilə biləcəyi barədə yayılan söz-söhbətlər “Dinamo”nun xeyrinə deyil. Bununla belə, belə söhbətlər onu səfərbər etməlidir. Bu oyun Kostyuk üçün peşəkarlığını və təzyiq altında işləmək bacarığını göstərmək baxımından ciddi sınaq olacaq”.
Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk matç bu gün Polşada Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə