"Dinamo"nun bu futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Dinamo"nun bu futbolçusu "Qarabağ"la oyunu buraxacaq
KONFRANS LİQASI 4 Avqust 2026 / 11:09 1902
-  A +

Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Roman Salenko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la ilk oyunu buraxacaq. 

QOL.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə 21 yaşlı oyunçu özü danışıb. O, artıq fərdi məşqlərə başladığını, lakin əsas komandaya ən tez 6-7 avqust tarixlərində qoşula biləcəyini söyləyib: 

"Sağalma plan üzrə gedir. "Dinamo" təlim mərkəzində tam reabilitasiya keçirəm. Tam hazır olanda komandaya qayıdacağam. Avqustun 6-sı və ya 7-də "Dinamo"nun əsas komandasına qoşulmağı planlaşdırıram".

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" ilk matçı avqustun 6-da keçiriləcək. Cavab görüşü isə həmin ayın 13-də Bakıda olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

08.08.26  16:14

Ferran Torres PSJ-də

08.08.26  10:49

Kurtua qayıdır

topaz banner