"Neftçi" də mübarizəni dayandırdı

"Neftçi" də mübarizəni dayandırdı
KONFRANS LİQASI 30 İyul 2026 / 22:54 9661
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

QOL.az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşıb. Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdığından mərhələni Minsk klubu adlayıb. "Neftçi" isə mübarizəni dayandırıb.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

21:00. "Dinamo" (Minsk, Belarus) - "Neftçi" (Azərbaycan) - 0:1 

Qol: Breno Almeyda, 12

Qırmızı vərəqə: Mamadu Sako, 90+4 ("Neftçi")

Baş hakim: Tim Marşall (Şimali İrlandiya)

"Beroe" stadionu

İlk oyun - 4:2

Daha çox


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

08.08.26  16:14

Ferran Torres PSJ-də

08.08.26  10:49

Kurtua qayıdır

topaz banner