Mançini yenidən İtaliya millisinə rəhbərlik edəcək

Mançini yenidən İtaliya millisinə rəhbərlik edəcək
DÜNYA FUTBOLU 28 İyul 2026 / 16:58 411
-  A +

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, tanınmış italiyalı mütəxəssis Roberto Mançini yığmanı çalışdırmaq təklifini qəbul edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Daha əvvəl Andrea Pirlonun Rusiya bukmeker şirkəti ilə əlaqələrinə görə millinin baş məşqçisi olmayacağı bildirilmişdi.

Qeyd edək ki, Mançini 2019-2023-cü illərdə də bu vəzifədə çalışıb. O, İtaliya millisi ilə Avro-2020-nin (2021-ci ildə keçirilib) qalibi olub. 


Son xəbərlər
27.07.26  18:55

"Real"da itki

topaz banner