"Sabah" "KuPS"a qarşı - Yenilənir

"Sabah" "KuPS"a qarşı - Yenilənir
ÖLKƏ FUTBOLU 28 İyul 2026 / 09:07 643
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyun İctimai TV vasitəsi ilə canlı yayımlanacaq.

Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

19:00. "KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan)

Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

VAR: Daniel Bar Natan

AVAR: Eitan Şumelevitz

Daha çox


Son xəbərlər
27.07.26  18:55

"Real"da itki

26.07.26  21:24

Dzeko qalır

topaz banner