"SSKA-nın Azərbaycandakı oyunu məni yaxşı mənada təəccübləndirdi. Çünki komanda yaxşı oynadı. Bundan əvvəl "Derri Siti" ilə oyun barədə şərh verməyin mənası yox idi. Çünki səma altında cəhənnəm idi".
QOL.az "gol.bg"a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstan futbolunun tanınmış simalarından olan Georgi Georgiyev deyib.
63 yaşlı veteran hücumçu sabiq komandası SSKA-nın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la mübarizəsi haqda danışıb. O bildirib ki, "Qarabağ" deyildiyi qədər qorxulu komanda deyil və SSKA rəqibini keçə bilər:
"İndi daha çətin hissə - Sofiyadakı cavab oyunu qabaqdadır. Məncə, eyni şəkildə, hətta bir az daha aqressiv oynamalıyıq. Çünki "Qarabağ"ın o qədər də möhtəşəm olmadığı aydın oldu. Onlar mediada inanılmaz dərəcədə qorxulu rəqib kimi təbliğ olunurdu. Amma qorxulu bir şey görmədim. "Qarabağ"ın üç-dörd yaxşı oyunçusunu gördüm. Ümumilikdə, matç bərabər keçdi, bəzən hətta SSKA da üstünlük qazandı. Cavab oyununda qalib gəlməliyik ki, bu da uzun bir payız üçün perspektiv açacaq".
G.Georgiyev Sofiya təmsilçisinin mərhələ keçmək şansını də dəyərləndirib: "SSKA Azərbaycanda yaxşı oyun keçirib və Avropa Liqasının üçüncü mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansı var. İndi ən vacib şey budur. Sakitlik, döyüş ruhu, özünəinam – bu, əvvəlki matçlarda yox idi. Cavab oyununa eyni şəkildə yanaşmaq lazımdır. “Qarabağ” təzyiq altında olduqda çox səhv etdiklərini göstərdi. Komandamız azarkeşlərdən böyük dəstək alacaq. Ümid edirəm ki, qalib gələrlər".
Qeyd edək ki, SSKA - “Qarabağ” matçı iyulun 30-da Sofiyada keçiriləcək. Komandaların Bakıdakı ilk görüşündə qolsuz heç-heçə qeydə alınıb.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri