SSKA-nın baş məşqçisi komandasından narazı qaldı

SSKA-nın baş məşqçisi komandasından narazı qaldı
XƏBƏR 28 İyul 2026 / 10:38 766
-  A +

“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi SSKA-nın (Sofiya) baş məşqçisi Xristo Yanev Bolqarıstan çempionatında "Botev" (Plovdiv) üzərində 3:2 hesablı qələbə haqda danışıb.

QOL.az corner.dir.bg-yə istinadən xəbər verir ki, o, rəqibi təbrik edib və qalib gəlməklərinə baxmayaraq, SSKA-nın zəif çıxış etdiyini deyib:

"Botev"i yaxşı oyununa görə təbrik edirəm. Bu gün zəif oynadıq. Matça mümkün olan ən pis şəkildə başladıq. Nə aqressiya, nə topa sahib olma, nə də özünəinam var idi. Fasilədə etdiyimiz iki dəyişiklikdən sonra ikinci hissəyə bir qədər yaxşı başladıq. Amma bu, hamımızın görmək istədiyi SSKA deyil. Azarkeşləri sevindirəcək səviyyədə oyun sərgiləmədik".

Yanev daxili çempionatda xal itkisinin komanda üçün ciddi problem yaradacağını vurğulayıb: "Avrokubok oyunları bizim üçün vacibdir. Amma bu, daxili çempionatı ikinci plana atmalı olduğumuz mənasına gəlmir. Çünki xal itkisi sonradan liderlərə yaxın olmağımızı çətinləşdirəcək".

Baş məşqçi heyətdə hər mövqe üzrə seçim imkanlarının olduğunu da qeyd edib: "Hər mövqedə alternativimiz var. Meydana çıxan futbolçular ilk növbədə özlərinin, sonra klubun maraqlarını müdafiə etməlidirlər. Mən onların hər birinə güvənirəm. Üç çox gözəl qol vurduq, ikinci hissədə rəqib üzərində böyük təzyiq yaratdıq. Amma 45 dəqiqəlik oyunla kifayətlənə bilmərik".

Qeyd edək ki, "Qarabağ" və SSKA arasında Bakıdakı ilk görüş 0:0 hesabı ilə yekunlaşıb. Bu komandaların cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək. 


Son xəbərlər
27.07.26  18:55

"Real"da itki

26.07.26  21:24

Dzeko qalır

topaz banner