SSKA-nın (Sofiya) müdafiəçisi Teodor İvanov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la heç-heçə (0:0) etdikləri matçdan sonra fikirlərini bölüşüb.
QOL.az Bolqarıstanın sportal.bg saytına istinadən xəbər verir ki, bolqar futbolçu cavab görüşünün çox gərgin keçəcəyini bildirib:
“Komandanın oyunundan razıyam. Böyük ürək və xarakter nümayiş etdirdik. “Qarabağ” çox güclü rəqibdir. Hamı yaxşı oynadığımı deyir, amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərəm. Cavab oyunu ölüm-dirim mübarizəsi olacaq. Qalib gələn növbəti mərhələyə yüksələcək.
Bu, Qbaminlə birlikdə keçirdiyimiz ikinci matç idi. Aramızdakı anlaşma yaxşı alınır. O, yüksək səviyyədə çıxış edib və məndən daha təcrübəlidir. Bu da mənə kömək edir, onunla birlikdə özümü daha inamlı hiss edirəm.
“Qarabağ”ın klassik mərkəz hücumçusu yoxdur. Onların bütün futbolçuları sürətli və çevikdirlər. Dərinlikdən qoşulur, aldadıcı hərəkətlər edirlər. Xüsusilə ikinci hissədə meydana daxil olan sol vinger (yeni transfer Renaldo Sefas nəzərdə tutulur - red.) məni təəccübləndirdi. O, çox yaxşı və iti futbolçudur. Amma onun öhdəsindən gələ bildik. Ümid edirəm ki, cavab oyununda da bunu bacaracağıq”.
O əmin olduğunu deyib ki, cavab görüşündə tribunalar dolu olacaq: “Biz də azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
SSKA ilə “Qarabağ” arasında cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı