FİFA prezidenti Canni İnfantino dünya çempionatında iştirakçı komandaların sayının yenidən artırıla biləcəyini açıqlayıb.
QOL.az xəbər verir ki, FİFA rəhbəri bu barədə İsveçrənin Bluewin nəşrinə müsahibəsində danışıb.
İnfantino 2026-cı il dünya çempionatında ilk dəfə 48 yığmanın iştirak etməsinin uğurlu qərar olduğunu bildirib:
“Bəli, yüz faiz! 48 komandalı turnir böyük uğura çevrildi. Bütün yığmalar yüksək səviyyə nümayiş etdirdi. Hər qitədən olan komandalar qol vurdu və ən azı bir xal topladı. Afrikanın 10 komandasından 9-u pley-offa yüksəldi. Əvvəlki dünya çempionatında isə bu qitədən cəmi beş yığma iştirak edirdi. Bu, bir daha göstərir ki, bütün ölkələrə şans vermək nə qədər vacibdir”.
FİFA prezidenti mundial iştirakçılarının sayının 64-ə çatdırılması ehtimalına da münasibət bildirib:
“Şübhəsiz ki, bu dünya çempionatı başa çatdıqdan sonra məsələ müvafiq komitələrdə müzakirə olunacaq. Dünya çempionatını təşkil edərkən onun təkcə Avropa və Cənubi Amerika üçün deyil, bütün dünya üçün keçirilməsinə diqqət yetirmək lazımdır. Demək olar ki, bütün dünya bu prosesə cəlb olunmalıdır. Hər bir ölkə mundialda iştirak etməyi xəyal edə bilməlidir. Görürük ki, komandaların səviyyəsi bütün dünyada yüksəlməkdə davam edir. Kiçik ölkələrə dünya çempionatına vəsiqə qazanmaq şansı verilməsə, onların inkişaf üçün kifayət qədər motivasiyası olmayacaq”.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır