Norveç millisinin hücumçusu Erlinq Haaland dünya çempionatının 1/4 finalında İngiltərəyə məğlub olduqları oyundan sonra rəqib komandaya uğurlar arzulayıb.
QOL.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu əlavə vaxtda İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra fikirlərini bölüşüb. O deyib:
“İngiltərənin uğur qazanmasını istəyirəm. Düşünürəm ki, uşaqlıqda Norveç millisinin formasından əvvəl İngiltərə millisinin formasını almışdım. İngiltərəyə uğurlar arzulayıram. Çünki İngiltərə əla ölkədir, onların forması da çox gözəldir”.
Qeyd edək ki, Erlinq Haaland İngiltərənin Lids şəhərində anadan olub. Həmin dövrdə onun atası Alf-İnge Haaland bu şəhərin adını daşıyan komandada çıxış edirdi.
Xatırladaq ki, İngiltərə millisi 2026-cı il dünya çempionatının yarımfinalında Argentina ilə qarşılaşacaq.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır