UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" Gürcüstanın "Torpedo" klubuna qalib gəlib (3:0).
QOL.az xəbər verir ki, "Torpedo" klubunun baş məşqçisi Dirk Şuster matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan əvvəl sürpriz edəcəyinizə söz vermişdiniz...
- Sürpriz hazırlamışdıq, amma görünür, çox güclü rəqiblə oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. "Zirə" fərdi cəhətdən çox güclü oyunçulara sahibdir. 30 dəqiqədən sonra bütün diqqətimizi itirdik, rəqib isə üstünlüklə oynayırdı. Bir qol buraxacağımızı gözləyirdik. Lakin favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Meydan sahibləri taktiki baxımdan güclü idilər. Hesab 0:2 olduqdan sonra futbolçularımız ruhdan düşdülər, nələrisə dəyişməyə çalışsalar da, bacarmadılar.
- Gürcüstanda çempionat davam edir, lakin "Zirə" daha yaxşı təsir bağışladı. Bunu nə ilə əlaqələndirirsiniz?
- Biz sona qədər oynadıq. Mübarizə apardıq, qol vurmaq istəyirdik, amma alınmadı. Hesab 0:3 olduqdan sonra oyunun axarını dəyişə bilmədik. Futbolçularım yorğun idilər.
- Cavab qarşılaşmasından gözləntiləriniz nələrdir?
- Bir həftə sonra tam fərqli bir tərəfimizi göstərməyə çalışacağıq. 0:3 hesablı məğlubiyyətdən sonra çətin olacaq, lakin oyunu ən azından əlavə vaxta daşımağa cəhd edəcəyik. Futbolda bundan da böyük məğlubiyyətlərdən geri dönüşlər olub.
- Oyundan sonra azarkeşlər komandanızın ünvanına aqressiv fikirlər səsləndirdilər. Bu barədə nə deyə bilərsiniz?
- Bu, normaldır. Onlar məyusdurlar. Lakin tribunalarda bu cür davranmaq olmaz. Əgər 0:1 hesabı ilə uduzsaydıq, azarkeşlər tərəfindən belə sərt reaksiya olmazdı.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması