UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
"Bu, bizim ilk matçımızdır. Komandada dəyişikliklər var və biz çalışırıq ki, problemlərimiz gözə çarpmasın. Təəssüf ki, müəyyən çatışmazlıqlar mövcuddur. Lakin ümumilikdə hazırlıq pis getmir. Zamanla hər şey öz yoluna düşəcək. Yaxşı bir kollektiv formalaşdırıb, azarkeşlərimizi qələbələrlə sevindirəcəyik".
- Kamilo Duranın Şotlandiyanın "Seltik" klubuna transferi ilə bağlı vəziyyət hazırda hansı mərhələdədir?
- Duran hazırda "Seltik"in düşərgəsindədir. Bir neçə saat əvvəl onun tibbi müayinədən keçdiyi barədə məlumat aldıq. Əgər hər şey qaydasında olarsa, onun komandadan getmə ehtimalı böyükdür.
- Yeni transferlərinizin adaptasiya prosesi necə gedir?
- Bəzilərində yaxşı, bəzilərində nisbətən zəif alınır. Daha əvvəl qoşulanlar özlərini daha əmin hiss edirlər. Lakin daha gec qoşulanlar arasında gec uyğunlaşmaq ehtimalları var.
- Duranın gedişini nəzərə alsaq, hücum xətti barədə nə düşünürsünüz?
- Duran bizim əsas oyunçumuz idi. Avrokubok matçlarında o, özünü ən yaxşı tərəfdən göstərdi. Onda həm istək, həm də bacarıq var idi. Onun gedişi bizdə müəyyən boşluqlar yarada bilər. Biz Duranı itiririk, amma eyni zamanda təcrübəli klub olaraq Avropa bazarında varlığımız da vacibdir. Son vaxtlar "Qarabağ"dan nə qədər futbolçu xaricə yollanıb. Bu, özlüyündə bizim üçün əlavə üstünlükdür. Avropada bizə olan diqqət artır, getdikcə daha çox ölkə futbolçularımızı izləyir. Mən istərdim ki, Duran kimi oyunçu həmişə komandamızda qalsın. O, bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri isə sabah meydana çıxacaq.
- Durandan başqa daha kiminsə gedişi gözlənilirmi?
- Hazırda ciddi təklifləri olan futbolçularımız yoxdur. Kiminsə gediş ehtimalı barədə məlumatsızam.
- Cavab oyunu üçün İslandiyaya uzunmüddətli uçuşunuz olacaq. Bu, hansı çətinliklər yarada bilər?
- Mən heç vaxt püşkatmada rəqibləri ayırmamışam. Bu, mənim səlahiyyətimdə deyil. Biz həmişə Allahdan bizim üçün ən xeyirlisini istəmişik. Dəfələrlə olub ki, elə ilk mərhələdəcə güclü komandalarla düşmüşük, lakin mən yenə də razı qalmışam. Bəli, bizi 7 saat yarım davam edəcək uçuş gözləyir. Amma püşkatmadan sonra biz buna uyğun müvafiq proqram hazırlamışıq.
- Elvin Cəfərquliyev sabah meydana çıxacaq?
- Elvinin oynamaq ehtimalı var. Lakin onun start heyətində, yoxsa ehtiyat oyunçular skamyasından meydana daxil olacağı barədə qərar hələ verilməyib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu
Fernandeş Ronaldoya çatdı
"Oğluma görə qol sevincini belə qeyd etdim" - Qismət Alıyev
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
Arda Gülerin bu mövsüm La Liqada ilk qolu - Video
Niderland da İnfantinonu istefaya çağırdı
“Sabah” yeni oyunçu alır
Argentina millisinin üzvü "Roma"da
"Fənərbaxça" qalib gəldi, "Başakşehir"dən heç-heçə