Zlatko Daliç də millidən getdi

Zlatko Daliç də millidən getdi
DÜNYA FUTBOLU 8 İyul 2026 / 15:28 496
-  A +

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.

59 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməyib. O, 9 il Xorvatiya millisinə rəhbərlik edib.

Xatırladaq ki, Zlatko Daliç Xorvatiya millisi ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc, 2023-cü il Millətlər Liqasında gümüş medal qazanıb. Komanda DÇ-2026-nın 1/16 final mərhələsində Portuqaliyaya məğlub olaraq mübarizəni dayandrıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner