Məşhur futbolçunun oğlu “İnter”də

Məşhur futbolçunun oğlu “İnter”də
DÜNYA FUTBOLU 8 İyul 2026 / 12:46 659
-  A +

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Milan təmsilçisi “Brügge”dən Aleksandar Stankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“İnter” bu transfer üçün Belçika klubuna 23 milyon avro ödəyəcək.

Serbiyalı keçmiş futbolçu Deyan Stankoviçin oğlu olan dayaq yarımmüdafiəçisi "İnter"in yetirməsidir. O, 2025-ci ildə “İnter”dən “Brügge”yə keçmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner