"Sabah bizi "Torpedo"ya qarşı olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamladıq. Sabah ən azından əlverişli nəticə əldə edib, səfər oyununa üstün yollanmaq istəyirik".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində sabah Gürcüstan "Torpedo"su ilə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
Kutaisi təmsilçisinin çox yaxşı komanda olduğunu deyən mütəxəssis bildirib ki, oyuna hazırlaşmaq üçün vaxtları az olub: "Başa düşürük, qarşımızdakı rəqib təcrübəlidir. Xüsusilə də 3-4 ildir avrokuboklarda çıxış edirlər. Bilirik ki, azarkeşlərin, futbolçuların, rəhbərliyin kökləndikləri yarışlardan biri də avrokuboklardır. Bizim üçün də çox vacib oyun olacaq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Toplanış qısa oldu, seleksiyanı tamamlaya bilmədik. Buna baxmayaraq, komandamız təcrübəlidir, xarakterli kollektivimiz var. Sabah sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İnamlı oynamaq istəyirik. Qarşımızda təcrübəli və çox yaxşı komanda var".
Zədəli olan yeni transfer Maykon Kleytondan danışan Sadıqov qeyd edib: "Digər komandalarda da, dünya futbolunda da bu zədələri görürük. Sadəcə bizdə zədələr tez-tez və uzunmüddətli olur. Qismətimiz belədir. Çalışırıq ki, buna adaptasiya olaq. Çox çətindir. Hansısa həmlə etməyə vaxtımız çox az olur. Maykonu böyük ümidlərlə transfer etmişdik. Onunla söhbət etmişdim ki, bütün oyunlarda qapıda durmaq olmayacaq, bizdə Aydın kimi təcrübəli qapıçı var. Hər ikisinin şans alacağını bildirmişdim. Maykonun zədələnməsi bizi üzür. Amma Aydın kimi qapıçımız var".
R.Sadıqov komandasında olan gürcü oyunçularla "Torpedo" ilə bağlı ciddi müzakirələr aparmadğını də deyib: "Şəhər, stadion, azarkeşlər barədə müzakirələr etmişik. "Torpedo"nun oyununda köməkçi məşqçilərimiz iştirak ediblər. Rəqibi tanıyırıq. "Omoniya" ilə də qarşılaşmışdılar. Bu il də bir çox oyunlarını izləmişik. Onların çempionatı davam edir. Volkov və Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur. Bunu qeyri-etik hesab edirəm. Onlar da gürcüdürlər, vətənləridir. Onları xüsusi motivasiya etmirəm. Özüm onları adi oyunda olduğu kimi hazırlayıram".
"Zirə"nin çalışdırıcısı "Demək olar ki, ilk dəfədir avrokuboklara bu cür çətin periodla hazırlaşdınız" sualını belə cavablandırıb: "Altıncı ildir "Zirə"dəyəm. Dördüncü dəfə avrokuboklarda oynayacağıq. Ən çətin period oldu. Finalda məğlub olduqdan sonra, sona iki tur qalanda avrokuboklara getmədiyimiz bəlli olanda, rəhbərliklə görüşümüz oldu. Komandada dəyişikliklər etmək, uzunmüddətli plan cızmaq istəyirdik. Bir çox oyunçu ilə yollarımızı ayırdıq. Avrokuboklarda iştirakımız bilinəndən sonra məcbur olduq ki, olduğumuz nöqtədən davam edək. Rəhbərliklə görüşümüz oldu ki, tələsik seleksiya etməyək. Bundan sonra 5-6 transfer edəcəyik. Sabahkı oyuna qədər 1-2 oyunçu gətirə bilərdik. Hazırlığımızın bir ayı tamamlanmır. Bu məqamları futbolçularla danışmışıq. Rəqibin çempionatda reqlamenti fərqlidir. 16 günlük fasiləyə gediblər. İdeal hazırlıq periodu keçiblər".
R.Sadıqov qeyd edib ki, avrokuboklarda iştirak etməkləri futbolçuları üçün motivasiya olmalıdır: "Futbolçular avrokuboklara düşmədiyimiz üçün məyus idilər. Düşünmürəm ki, hansısa neqativ hisslər olsun. Hər şey zamanında olanda daha gözəl olur. Elə futbolçular var ki, toplanışa artıq çəki ilə gəlmişdilər. Bilirəm ki, beyinlərində avrokubokları düşünməmişdilər".
R.Sadıqov dünya çempionatında verilən su fasilələri ilə bağlı da danışıb: "Məncə, faydası olar. Oyunların intensiviliyini nəzərə alsaq, arada 2 dəqiqəlik fasilənin müyyən səviyyədə faydası ola bilər. Şəxsən mənə xoşdur. Futbolçuları düşünərək atılan addımdır. Olsa, yaxşı olardı. Onsuz da yayda bu fasilələr var idi. Dünya çempionatında daha uzundur. Davamlı şəkildə olub-olmayacağını növbəti günlərdə biləcəyik".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu
Fernandeş Ronaldoya çatdı
"Oğluma görə qol sevincini belə qeyd etdim" - Qismət Alıyev
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
Arda Gülerin bu mövsüm La Liqada ilk qolu - Video
Niderland da İnfantinonu istefaya çağırdı
“Sabah” yeni oyunçu alır
Argentina millisinin üzvü "Roma"da
"Fənərbaxça" qalib gəldi, "Başakşehir"dən heç-heçə