"Milan"ın oyunçusu sıradan çıxdı

"Milan"ın oyunçusu sıradan çıxdı
DÜNYA FUTBOLU 6 İyul 2026 / 19:18 1083
-  A +

Meksika millisinin hücumçusu Santyaqo Ximenes sıradan çıxıb.

QOL.az xəbər verir ki, o, DÇ-2026-nın 1/8 finalında İngiltərə ilə matçda ağır zədə alıb və meydanı xərəkdə tərk edib. 

"Fox Sports"un məlumatına görə, "Milan"ın 25 yaşlı forvardına ikinci dərəcəli bağ dartılması diaqnozu qoyulub. Onun 8 həftəyədək yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatırladaq ki, Meksika millisi sözügedən qarşılaşmada İngiltərəyə 2:3 hesabı ilə məğlub olub.


Qarabağ FK
Son xəbərlər
30.10.26  20:00

Mourinyo, Simeone...

30.10.26  11:30

“Marafon”dan ilk

topaz banner