"Monako"nun yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Fransa təmsilçisi braziliyalı mütəxəssis Filipe Luislə razılaşıb. Onunla 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Avqustun 9-da 41 yaşı tamam olacaq Filipe Luis "Monako"ya Braziliyanın "Flamenqo" klubundakı uğurlu fəaliyyətindən sonra gəlib.
O, 2025-ci ildə Rio-de-Janeyro təmsilçisini tarixi "kvadrupl"a daşıyıb. Mütəxəssis iki mövsüm ərzində "Flamenqo" ilə 2024-cü il Braziliya Kubokunu, 2025-ci il Braziliya Superkubokunu, Karioka Liqasını, Braziliya çempionatını və Libertadores Kubokunu qazanıb.
Filipe Luis əsas komandanın baş məşqçisi kimi keçirdiyi 99 oyunda 62 qələbə qazanıb, 21 heç-heçə edib və 16 məğlubiyyət alıb. O, 2025-ci ildə Cənubi Amerikanın ən yaxşı baş məşqçisi seçilib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu